10.01.2014 - Kremlin “boz kardinalı” Bakı ermənisinin bütün şirkətlərini aldı

10.01.2014  - Kremlin “boz kardinalı” Bakı ermənisinin bütün şirkətlərini aldıKremlin “boz kardinalı” Bakı ermənisinin bütün şirkətlərini ald.
AzerTaym.az xəbər verir ki,
Rusiyanın dövlət şirkəti “Rosneft"
Ermənistanın “Mika Limited” şirkətinin bütün neft aktivlərini alıb.

Hələlik sövdləşmənin rəsmiləşmədiyi bildirilir, bununla belə “Rosneft” “Mika Limited”ə məxsus bütün yanacaqdoldurma məntəqələrini, neft bazalarını, eyni zamanda bu şirkətə məxsus ofis binalarını da almaq barədə razılaşma əldə edib.
Bundan əvvəl “Mik Limited” şirkətinin sahibi, Ermənistanın ən iri oliqarxlarından biri olan Mixail Bağdasarov bütün aktivlərini, o cümlədən neft biznesini satmaq niyyətində olduğunu bildirmişdi. Ehtimal olunur ki, “Rosneft”in Ermənistanda oliqarx Bağdasarovun şirkətini almaq barədəki danışıqlar şirkətin prezidenti İqor Seçinin dekabrın 23-də İrəvana səfəri zamanı aparılıb. Həmin səfər zamanı İqor Seçin prezident Serj Sərkisyanla görüşmüşdü. Tərəflər “Rosneft”in Ermənistanda fəaliyyətinin genişlənməsinə dair anlaşma əldə etmişdilər.
10.01.2014  - Kremlin “boz kardinalı” Bakı ermənisinin bütün şirkətlərini aldı
Səfər zamanı “Rosneft” prezidenti ilə bu şirkətin Ermənistandakı törəmə müəssisəsi olan “Rosneft-Ermənistan”ın rəhbəri Artur Alaverdiyan arasında neft məhsullarının çatdırılmasına dair saziş də imzalanıb. Həmçinin Rusiya şirkəti Ermənistan bazarında neft məhsullarının topdan və pərakəndə satışı sahəsində aktivləri almağa da maraq göstərdiyini açıqlayıb.
Mixail Bağdasarov “Mika Limited” şirkətini 2001-ci ildə yaradıb. Bağdasarovun aktivlərinə Azərbaycanın işğal altındakı ərazilərində “Hadrut şərab zavodu” QSC, “Mika-Qarabağ” QSC zərgərlik müəssisəsi də daxildir. Həmçinin Ermənistanın müflis olan hava yolları şirkəti “Armavia” da Bağdasarova məxsusdur. “Armsberbank”ın səhmlərinə da bu oliqarx nəzarət edir. “Forbes” jurnalının reytinqinə görə, Bağdasarov Ermənistanın ən varlı adamlarından biridir və MDB zənginləri arasında ilk 30-luqda yer alır.
Sövdələşmənin detalları hələlik məlum olmadığından Bağdasarovun Qarabağdakı aktivlərini də “Rosneft”ə satıb-satmadığı dəqiq deyil. Şübhəsiz ki, əgər Rusiyanın dövlət şirkəti Azərbaycanın işğal altındakı ərazilərində biznes aktivlərini alsaydı, bu, ciddi qalmaqal yaradardı.
10.01.2014  - Kremlin “boz kardinalı” Bakı ermənisinin bütün şirkətlərini aldı
Qeyd edək ki, M.Bağdasarov keçmiş Bakı ermənisidir. O, Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın biznes ortağı kimi tanınır. Köçəryan Ermənistan bazarında neft məhsullarının satışını “Mika Limited” vasitəsilə inhisarda saxlayırdı. İqor Seçin isə Rusiya hakimiyyətinin ən güclü fiqurlarındandır və prezident Putinin ən yaxın adamlarından biri olmaqla Kremlin “boz kardinalı” hesab edilir.






Fikirlər