14.02.2014. - Azərbaycanlı aparıcı Polad Ələmdarı təhdid etdi - VİDEO

14.02.2014. -  Azərbaycanlı aparıcı Polad Ələmdarı təhdid etdi - VİDEO ATV telekanalında yayımlanan “Bığ” şouda maraqlı video-çarx hazırlanıb.

AzerTaym.az xəbər verir ki, sujetdə şounun aparıcısı Cavid Gül "Kurtlar vadisi" teleserialında Polad Ələmdarla görüşür.

O, serialın "Bığ" şou ilə eyni vaxtda yayımlandığını və onların reytinqinə mənfi təsir etdiyini bildirir.
Cavid "Hünərin var, Xoşqədəm Hidayətqızının verilişi ilə eyni vaxtda efirə çıx" sözləri ilə Poladı hədələyir.


Video sosial şəbəkələrdə yayılıb və izləyicilər tərəfindən maraqla qarşılanıb.







Fikirlər