14.02.2014. - Milli Konservatoriyanın açılışında maraqlı hadisə – VİDEO

14.02.2014. -  Milli Konservatoriyanın açılışında maraqlı hadisə – VİDEOBaş verənlər Alim Qasımovu sakit oturmağa qoymadı.

Bu məzəli hadisə bütün qonaqların üzündə təbəssümə səbəb olub.


Dünən Milli Konservatoriyanın yeni binasının açılışında ölkə başçısı İlham Əliyev və onun xanımı Mehriban Əliyeva iştirak ediblər.

Qonaqlar arasında həmçinin dünya şöhrətli muğam ifaçısı Alim Qasımov olub.

Açılışla əlaqədar təşkil edilmiş konsert proqramının gedişatı zamanı hamını təəccübləndirən hadisə baş verib. Belə ki, bəlkə də yüksək səviyyəli qonaqların olmasından həyəcanlanan Təyyar Qasımov muğamı xaric ifa etməyə başlayıb. Buna dözməyən Alim Qasımov yerindən qalxıb, təsnifə qədər olan hissəni ifa edib. Sonra isə ona təsnifə keçməyi və ifasına davam etməyi təklif edib
.







Fikirlər