Kadırovun arvadı MƏZUN oldu

“Kadırovun arvadı məzun oldu

Medni Kadırova qırmızı diplomla Maliyyə və hüquq institutunun Qudermes filialında təhsilini başa vuran 27 tələbədən biri olub.

AzerTaym.az  Modern.az-a istinadən xəbər verir ki, diplomun təqdimat mərasimi Qudermesdə, ali təhsil ocağının administrasiyasında baş tutub.

Medni Kadırova 1978-ci ildə anadan olub. Onun Çeçenistanın rəhbəri Ramzan Kadırovla 9 doğma və 2 övladlığa götürülmə uşağı var. Kadırova özünü dizayner kimi də sınayır. O, Firdaws modalar evinin yaradıcısıdır.






Fikirlər