22.03.2014. - Tağı Əhmədovun DUBAYA qaçdığı təsdiq olundu

22.03.2014. -  Tağı Əhmədovun DUBAYA qaçdığı təsdiq olunduBakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov vəzifəsindən azad ediləndən sonra bir sıra müstəqil və müxalif KİV-lərdə onun ölkəni birdəfəlik tərk etməyə çalışdığına dair informasiyalar yayıldı.
Mətbuatda hətta belə xəbər də yayıldı ki, hakimiyyət orqanları metropolitendə korrupsiya faktları ilə bağlı xüsusi araşdırma aparılması zərurəti ilə əlaqədar T.Əhmədova ölkəni tərk etmək yasağı qoyub.

AzerTaym.az məlumat verərək bildirir ki,yerli xəbər saytlarından olan Virtualaz.org saytı isə öz mötəbər mənbələrinə istinadən digər informasiyalar əldə edib. Məlumata görə, T.Əhmədov Azərbaycanı doğrudan da tərk edib. Bakı metrosunun keçmiş şefi ailə üzvləri ilə birlikdə hazırda Dubayda günəş vannası qəbul edir. Keçmiş məmur və ailə üzvləri dəbdəbəli “Atlantis” otelində yerləşiblər.

22.03.2014. -  Tağı Əhmədovun DUBAYA qaçdığı təsdiq olundu

Qeyd edək ki, ərəb səhrasına səyahət edənlər arasında populyar olan beşulduz “Atlantis” lüks otellərdən sayılır. Burada qalmaq orta dərəcəli azərbaycanlı məmurun cibinə, daha doğrusu, maaşına uyğun deyil, yəni çox bahalıdır. Amma vəzifəsini itirmiş azərbaycanlı məmur və ailə üzvləri bu dəbdəbəli otelin apartamentlərində korluq çəkmədən yaşayırlar.

Məlumata görə, T.Əhmədov Azərbaycana martın 26-da qayıtmağı planlaşdırır. Güman edirik ki, o vaxta qədər Baş Prokurorluğun haqq-ədalət tərəfdarı olan müstəntiqlərində də metronun keçmiş rəisinin gəlirinin mənbəyi haqda suallar yaranmalıdır.






Fikirlər