11.05.2014. - "Camaatı aldatmayın..."-Zeynəb Xanlarova

11.05.2014. -  "Camaatı aldatmayın..."-Zeynəb Xanlarova İctimai Televiziyanın birinci buraxılışı yayımlanan "Telemizan” verilişinin ilk qonağı xalq artisti, millət vəkili Zeynəb Xanlarova olub.

Xalq artisti efirdə görünməməyinin səbəbindən danışıb və tez-tez ekranda görünərək qiymətdən düşməkdən qorxduğunu deyib: "Neçə illərin sənətkarıyam. Mən heç evimin eyvanına çıxıb hava da almıram. Bu ancaq xarici səfərlərdə mümkün olur. İnsanların gözünə çox girmək istəmirəm. Bütün kanallara hörmətim var, amma dəvətlərini qəbul etmirəm. Hər yerdən dəvət edirlər, oxumağımı istəyirlər. Mən yalnız AzTV-də və İctimai Televiziyada çıxış edirəm. Düşünürəm ki, "burda oxuyum, orda çıxış edim” düz deyil. Hörmətdən, qiymətdən düşməkdən qorxuram”.

Sənət aləminin bugünkü vəziyyətindən danışan Zeynəb Xanlarova ifaçılara məsləhətlər də verib: "Toya gedən müğənni olmamışam. Bu gün toya gedənləri də tənqid etmirəm. Mən konsertlərdən qazanırdım. Bugünkü müğənnilər toylardan qazanırlar, konsertlərdən pul götürə bilmirlər. Amma toya gedəndə də xalqı unutmayın. Camaatı aldatmayın... Mən bu sənətin adamıyam, bu aləmdən danışmaq istəyirəm. Sənət adamlarına sənətkar demək istəyirəm. Qoy toy oxuyanda da xalqı yaddan çıxarmasınlar. Nəyiniz var verin xalqa, bəhrəsini görəcəksiniz”






Fikirlər