“Yollarda heç bir problem yoxdur” - “Azəravtoyol”

 Картинки по запросу “Azəravtoyol”anar nəcəfli

"Azəravtoyol" ASC-nin Bakı şəhərində balansında olan küçə və prospektlərdə, respublikanın avtomobil yollarında avtonəqliyyat vasitələrinin hərəkətində hər-hansı bir problem müşahidə olunmur.

“AzerTaym.az” xəbər verir ki, bu barədə məlumatı qurumun mətbuat katibi Anar Nəcəfli yayıb. O bildirib ki, gecə və səhər saatlarında Bakı şəhərinin bəzi ərazilərində, o cümlədən respublikanın dağlıq ərazilərindən keçən avtomobil yollarında buzlaşma qeydə alınıb:

“Nəticədə hərəkətdə müəyyən çətinliklər yaşanırdı. Lakin ərazilərə cəlb olunmuş maşın-mexanizmlər vasitəsi ilə yollara duz-qum qarışığı səpilərək rahat və maneəsiz hərəkət təmin olunub. Lakin bəzi sürücülərin yollara nasaz avtomobillərlə çıxması, avtonəqliyyat vasitəsini mövsümə uyğun olmayan şinlərlə idarə etməsi nəticəsində sözügedən avtomobillərin hərəkətində problemlər yaradıb”.






Fikirlər