Böyük Vətən Müharibəsi veteranı Fatma Səttarovanın 95 illik yubileyi qeyd olunub – FOTOLAR

Böyük Vətən Müharibəsi veteranı Fatma Səttarovanın 95 illik yubileyi qeyd olunub – Foto

Respublika Veteranlar Təşkilatında Böyük Vətən Müharibəsi veteranı Fatma Səttarovanın 95 illik yubileyi qeyd olunub.

Tədbirdə Respublika Veteranlar Təşkilatının nümayəndələri, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin deputatı Adil Əliyev, Yeni Azərbaycan Partiyasının Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev, Böyük Vətən Müharibəsi, Qarabağ, Əfqanıstan müharibəsi, əmək və Silahlı Qüvvələr veteranları, ziyalılar, gənclər, yubilyarın ailə üzvləri iştirak ediblər.Tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov açıb.

Natiq qeyd edib ki, Fatma xanım Səttarovanın anadan olmasının 95 illiyi tamam olur:Fatma xanımı bütün Azərbaycan ictimaiyyəti, Azərbaycan xalqı yaxşı tanıyır. O, həm İkinci Dünya müharibəsi veteranı, həm ziyalı, həm də fəal bir insan kimi ölkənin həyatında yaxından iştirak edir.Fatma Səttarova bu gün də ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edir.

F.Səttarova müharibəvə əmək veteranı kimi Respublika Veteranlar Təşkilatının keçirdiyi tədbirlərdə fəal iştirak etməklə, gənclərin Vətənə, dövlətə sədaqət, hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında təcrübəsini və biliyini əsirgəmir. Azərbaycanı MDB ölkələrində, o cümlədən Rusiya Federasiyası, Belarus, Ukraynada İkinci Dünya Müharibəsi ilə bağlı keçirilən tədbirlərdə layiqincə təmsil edib.Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin deputatı Adil Əliyev yubilyarı təbrik edərək ona öz xoş arzularını çatdırıblar.

Fatma Səttarovanın keçdiyi həyat yolu hər bir Azərbaycan gəncinə nümunə olduğu vurğulanıb. Onun həyat təcrübəsindən daim istifadə edilməsinin vacibliyi bildirilib.Yubilyar Fatma Səttarova çıxışında başda Prezident cənab İlham Əliyev olmaqla ölkə rəhbərliyinə və tədbirdə iştirak edən hər kəsə göstərdikləri diqqət və qayğıya görə minnətdarlıq edib. Hər zaman Azərbaycan xalqını layiqincə təmsil etdiyini və bundan qürur duyduğunu ifadə edib.Sonda Yubilyara Respublika Veteranlar Təşkilatının təmsil etdiyi “Veteran Həmrəyliyi” medalı təqdim olundu və xatirə şəkli çəkdirilib.

AzerTaym.azDSC_0134DSC_0154DSC_0180






Fikirlər