01.09.2014- Bakıda 57 min manatlıq Cinayət

01.09.2014- Bakıda 57 min manatlıq CinayətBakıda mənzildən külli miqdarda pul və qızıl oğurlanıb.

AzerTaym.az lent.az-a istinadən xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinə müraciət edən Davudov Naib Məcid oğlu yaşadığı mənzilə naməlum şəxs və ya şəxslərin soxulduğunu bildirib.
Şikayətçi qeyd edib ki, 7-ci mikrorayon, 3126-cı məhəllədəki fərdi yaşayış evində kimsənin olmadığı vaxt plastik pəncərə sındırılıb. Mənzildən 37 min manat pul və 20 min manatlıq qızıl götürülüb.

Hazırda faktla bağlı zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilir.






Fikirlər