22.03.2014 - Salyan sakinindən külli miqdarda narkotik vasitə götürüldü.

22.03.2014 -  Salyan sakinindən külli miqdarda narkotik vasitə götürüldü.AzerTaym.az xəbər verir ki, bu barədə APA-ya Salyan rayon Polis Şöbəsinin müstəntiqi Qabil Hüseynov məlumat verib.

Onun sözlərinə görə, daxil olmuş məlumat əsasında polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri zamanı rayonun Şəkərli kənd sakini, 25 yaşlı Yusif Qulu oğlu Abdullayev narkotik vasitələri qanunsuz olaraq əldə etməkdə və saxlamaqda şübhəli bilinərək polis şöbəsinə gətirilib.

Yusif Abdullayevin üzərinə hal şahidlərinin iştirakı ilə baxış keçirilib. Baxış zamanı əynindəki qara rəngli gödəkçəsində gizlətdiyi əl çantasının içərisindən 2 ədəd sellofana bükülmüş xalis çəkisi 489,316 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı Salyan rayon Polis Şöbəsində cinayət işi açılıb.






Fikirlər