Rusiya, ya NATO: Hansı güclüdür? - İNFOQRAFİKA

Amerikanın Suriyaya zərbə endirməsindən sonra bölgədə vəziyyət gərginləşib. Ölkədə vətəndaş müharibəsi başlayandan bu yana ilk dəfə Suriya ordusuna zərbə endirən ABŞ-ın addımı Rusiyanın narazılığına səbəb olub.

Moskva artıq bir neçə sərt bəyanat verib və Suriyanın hərbi vəziyyətini gücləndirəcəyini bildirib. Bəzi ekspertlər artıq bu vəziyyətin bölgədə böyük savaşların başlamasına şərait yarada biləcəyini söyləyib.

Bütün bunları nəzərə alaraq, Axar.az “Snob” portalına istinadən Rusiya və NATO-nun sahib olduqları hərbi gücü müqayisəli şəkildə təqdim edir.

Rusiya

Rusiya ordusu 1992-ci ildən bu yana 13 hərbi əməliyyatda iştirak edib. Bunun da nəticəsində Moskva 17.500 hərbçisini itirib. 2013-2016-cı illər arasında isə rus ordusu 16 döyüş təlimi keçib. Rusiyanın hazırkı ümumi daxili məhsulu 1,3 trilyon dollardır. Moskva 2016-cı ildə hərbi xərcləri üçün 84,5 milyard dollar vəsait ayırıb ki, bu da onun ümumi daxili məhsulunun 6,5%-ni təşkil edir.

Hazırda rus ordusunda 1,9 milyon əsgər xidmət edir. Bunun 148 min nəfəri Hərbi Dəniz Qüvvələrinin payına düşür.

Rusiya Hərbi Hava Qüvvələrində xidmət edənlərin sayı isə 145 min nəfərdir. HHQ 270 döyüş gəmisi, 4600 aviasiya texnikasına sahibdir. Rusiyanın həmçinin 7290 ədəd nüvə silahı, döyüşə hazır olan 1790 ədəd nüvə başlığı var.

NATO

NATO 1992-ci ildən indiyə qədər 38 hərbi əməliyyatda iştirak edib. Bunun da nəticəsində 5.000 hərbçisini itirib. 2013-2016-cı illər ərzində NATO 40 döyüş təlimi keçirib. Hazırda NATO-nun ümumi daxili məhsulu 36,7 trilyon dollardır. Alyans ölkələrinin 2016-cı ildə hərbi xərcləri 918,3 milyard dollar təşkil edib. Bu da birliyin ümumi daxili məhsulunun 2,5%-i deməkdir.NATO ordularında ümumilikdə 3,9 milyon əsgər xidmət edir. Alyansın ən böyük ordusu ABŞ-a məxsusdur. ABŞ Hərbi Dəniz Qüvvələrinin 431 min şəxsi heyəti var. Amerikalıların 275 döyüş gəmisi var. Hərbi Hava Qüvvələrində isə xidmət edənlərin sayı 330 min nəfərdir. Ölkənin aviasiya texnikası 5573-dür.NATO-nun hazırda 7515 ədəd nüvə silahı, döyüşə hazır olan 2330 ədəd nüvə başlığı var.

AzerTaym.az A 






Fikirlər