24.09.2014 - Dələduz polis rəisi hansi nazirin qohumudur? - FOTO

24.09.2014 -  Dələduz polis rəisi hansi nazirin qohumudur? - FOTOBaş prokuror Zakir Qaralovun sərəncamı ilə vəzifəsindən azad edilən Nərimanov rayon prokuroru Fikrət Mahmudov və müavini Cavid Quliyevin işi ilə bağlı maraqlı təfərrüatlar ortaya çıxıb.

Qeyd edək ki, bu işdə Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq hakimi Həsən Əliyevin də adı çəkilir. Mətbuatda yayılan məlumatlara görə, Bakı şəhər sakini Ramazan Səlimov hakim Həsən Əliyev tərəfindən aldadılaraq külli məbləğdə pul vəsaitinin dələduzluq yolu ilə ələ keçirilməsinə dair müraciət edib.
Müraciət araşdırılan zaman Nərimanov rayon Prokurorluğu əməkdaşlarının xidməti vəzifələrinin icrası zamanı cinayət-prosessual qanunvericiliyin və Baş Prokurorluq üzrə müvafiq əmrlərin tələblərini pozmaqla istintaq və təhqiqat zamanı süründürməçiliyə, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri prinsipiallığın göstərilməməsi, eləcə də əsassız olaraq cinayət işinin başlanmasının rədd edilməsi və vətəndaşların müraciətlərinə vaxtında və obyektiv baxılmaması hallarına yol verdikləri müəyyən edilib. Bundan sonra müvafiq əmrlə Nərimanov rayon prokuroru Fikrət Mahmudov və prokuror müavini Cavid Quliyev tutduqları vəzifədən azad edilib, rayon prokurorunun köməkçisi Samir Məmmədov isə prokurorluq orqanlarından xaric edilib. İnterpress.az-ın əldə etdiyi məlumata əsasən, ibtidai istintaqa verdiyi ifadələrində Həsən Əliyev özü də ilk gündən yaranan vəziyyətdən istifadə edən prokurorluq və polis əməkdaşları ona barəsində Məhkəmə-Hüquq Şurasına müraciət ediləcəyi ilə hədələyərək qanunsuz əməllərini həyata keçirdiklərini bildirib. Məhz həmin hərəkətlərin sonunda çıxılmaz vəziyyətdə qalan Həsən Əliyev prokurorluq və polis əməkdaşlarının qanunsuz tələblərinin sonu olmayacağını görüb Milli Təhlükəsizlik Nazirliyinə müraciət edərək ona kömək edilməsini xahiş edib.






Fikirlər