Ermənilər Tərtərdə traktoru gülləyə tutdu - (Fotolar)

Ermənilər Tərtərdə traktoru gülləyə tutdu - (Fotolar)Tərtərdə traktor vurulub.

Tərtər Rayon İcra Hakimiyyətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, hadisə rayonun Qapanlı kəndində baş verib.

“Hundai” markalı qurğunun yerli suvarma sistemləri idarəsinə məxsus olduğu bildirilir.

Traktor arx təmizləmə işləri apararkən Ermənistan ordusu tərəfindən atəşə tutulub.

Müxtəlif silahların mərmilərindən bir neçəsi texnikaya dəyərək onu yararsız hala salıb. Traktorun sürücüsü maşını ərazidə qoyaraq oradan uzaqlaşa bilib.


Xoşbəxtlikdən xəsarət alan olmayıb.


Ermənilər Tərtərdə traktoru gülləyə tutdu - (Fotolar)
Ermənilər Tərtərdə traktoru gülləyə tutdu - (Fotolar)
Ermənilər Tərtərdə traktoru gülləyə tutdu - (Fotolar)






Fikirlər