25.01.2014. - Ermənilər TƏRTƏRdə evləri atəşə tutublar (VİDEO)

25.01.2014. -   Ermənilər TƏRTƏRdə evləri atəşə tutublar (VİDEO) Bütün gecəni qaranlıqda keçirmək məcburiyyətində qalan dinc sakinlər səksəkə içində qalıblar.
AzerTaym.az ANS-ə istinadən xəbər verir ki,İntensiv atışma cəbhənin Tərtər istiqamətində də qeydə alınıb. Bütün gecəni qaranlıqda keçirmək məcburiyyətində qalan dinc sakinlər hələ də səksəkə içindədir. Hadisə yerinə ezam olunan müxbirimiz Natiq Nailəoğlu ən son xəbərləri verib.

ANS TV-nin xüsusi müxbiri, Natiq Nailəoğlu: “Biz hal hazırda Tərtərin Qapanlı kəndindəyik. Bu gün səhər saatlarından bir neçə dəfə atəş səsi eşidilib. Ermənistan Silahlı qüvvələri atəşkəsi bir neçə dəfə pozub və qarşı tərəf cavab atəşi ilə susdurulub. Amma sakinlər yenə də ethtiyyatı əldən vermir. Kənddə olduğumuz bir neçə saat müddətində, əkin sahələrinə sakinlər çıxmağa ehtiyyat edirlər. Kənd sakinlərinin dediyinə görə artıq atəşkəs bir həftədir ki, pozulub. Son 3 gündə isə daha da şiddətlənib. Biz çəkiliş apardığımız zaman hətta şahidi olduq ki, qəlpələr evlərin içərisinə girərək və yaxudda dəhlizdə divara iləşərək qalır. Təbii ki, buda insan itkisinə səbəb ola bilər. Xoşbəxtlikdən belə hallar baş verməyib”.






Fikirlər