Cəbhə xəttində atəşkəs pozulub

Erməni silahlı bölmələri bir neçə istiqamətdə Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub
Cəbhə xəttində atəşkəs pozulub
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Azertaym.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında, Goranboy və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.






Fikirlər