Leyla Əliyeva "Qarabağ"ın tarixi uğurundan belə yazdı - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru Leyla Əliyeva "Qarabağ" klubunu təbrik edib.

Leyla Əliyeva tarixi nəticə əldə edən təmsilçimizə uğurlar arzulayıb və bunları yazıb:
"Təbriklər, "Qarabağ"! Irəli!"
Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinə təmsilçimiz "Qarabağ” həlledici qarşılaşmaya çıxıb. Qurban Qurbanovun komandası səfərdə "Kopenhagen”in qonağı olub. Qarşılaşmadan 2:1 hesabı ilə uduzan Ağdam klubu Bakıdakı ilk oyunda 1:0 hesablı qələbə qazandığı üçün turu keçən komanda oldu. "Qarabağ” növbəti dəfə tarix yazmaqla Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu kimi tarixə düşüb.






Fikirlər