OKEANIN o TAYINDAN Ermənistan üçün PİS XƏBƏR -TRAMP erməniləri MƏYUS ETDİ

ABŞ prezidenti 37 ermənipərəst konqresmenin Ermənistana 60 milyon dollar yardım ayrılması ilə bağlı çağırışını eşitmədi; politoloq: “Onsuz da ABŞ bilir ki, Ermənistanı Rusiyanın caynağından qoparmaq çətin olacaq

Rusiya ilə Qərb arasında “Skripal işi”nə görə yaranan siyasi-diplomatik qalmaqalın getdikcə genişlənməsi və gərginliyin yaranması işğalçı Ermənistanı hərəkətə keçməyə və “patron”unu dəyişməyə vadar edib.

Elə son zamanlar İrəvanda Rusiyanın əleyhinə havaların səslənməsi, ABŞ-a yönəlik reveranslar da ermənilərin ənənəvi xəyanətkar davranışlarının məntiqi davamı hesab oluna bilər. Ermənistan Qarabağın işğalında misilsiz rol oynayan Rusiyaya dönük çıxıb ABŞ-a sığınmaqla həm Kremlin nəzarətindən qurtulub, nəhayət, müstəqilliyini qazanacağını düşünür, həm də torpaqlarımızın ilhaqına nail olacağını zənn edir. Hər halda ABŞ Konqresində separatçı lider Bako Saakyanın qəbul olunması ilə bağlı baş verənlər işğalçını xeyli ümidləndirmişdi. Eyni vaxtda Rusiyadan davamlı şəkildə Qarabağ müharibəsi başlayacağı halda, proseslərə birbaşa müdaxilə edilməyəcəyi barədə səslənən bəyanatlar, Moskvanın Bakıya silah satışını davam etdirməsi, Bakı-Moskva-Tehran və Bakı-Ankara-Moskva formatında görüşlərin keçirilməsi və sair layihələr İrəvanı alternativ axtarışına çıxmağa sövq edib. Düzdür, belə yanaşmalar da var ki, Ermənistan Rusiyadan silah almaqla öz maraqlarına xidmət edir və bundan sonra da sanksiyalar təzyiqinə rəğmən əməkdaşlığı davam etdirəcək. Bunu Ermənistanın müdafiə nazirinin müavini, Hərbi Sənaye Komitəsinin rəhbəri David Paxçanyan deyib. Bununla belə, o, sanksiyaların problem olduğunu da etiraf edib. Beləliklə, erməni zabitin bu açıqlaması İrəvanın rusun “kürəyi arxası”ndan ABŞ-a “əlcək” atması kimi qiymətləndirilir. Xatirladaq ki, ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz Amerika sanksiyaların Ermənistan hökumətini də “vura” biləcəyi barədə xəbərdarlıq eləmişdi. Bu günlərdə Rusiya hərbi polisinin Ermənistanda görünməsinə də ermənilərin etirazları artıb.

Ancaq okeanın o tayından gələn növbəti xəbər Ermənistanda şok effekti yaradıb. Belə ki, ABŞ prezidenti Donald Tramp Konqres tərəfindən daha əvvəl bəyənilmiş Amerika büdcəsinin layihəsini imzalayıb və Gürcüstandan və Ukraynadan fərqli olaraq, Ermənistanın maliyyə köməyi almayacağı bəlli olub.(Publika) Gürcüstana ən azı 105 milyon 325 min, Ukraynaya isə 420 milyon 700 min dollar maliyyə köməyinin göstərilməsi nəzərdə tutulur. Bu məbləğə Ukraynaya ayrılan 200 milyonluq hərbi yardım daxil deyil. Xatırladaq ki, daha əvvəl Ermənistana 60 milyon dollar yardımın ayrılması çağırışı ilə Konqresin 37 üzvü müraciət etmişdi. Onlar 30 milyon iqtisadi və 30 milyon hərbi, həmçinin Yaxın Şərqdən erməni qaçqınları üçün 20 milyon dolların ayrılmasını xahiş edirdilər. Lakin göründüyü kimi, Tramp ermənipərəst konqresmenlərin müraciətini eşitmədi. Bu isə Rusiyanı ABŞ-a satmağa hazır olan İrəvan üçün ağır xəbərdir.

Ermənistan müdafiə nazirinin müavini David Paxçanyan ABŞ-ın Rusiya ilə hərbi sənaye sferasında əməkdaşlıq edən ölkələrə qarşı sanksiya tətbiq edə biləcəyi ilə bağlı məsələni şərh edib. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Paxçanyan Ermənistanın öz maraqlarını təmin etməli olduğunu xatırladıb. Moskva Beynəlxalq Əlaqələr İnstitutunun Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin aparıcı eksperti Mixail Aleksandrov isə Ermənistanın Rusiya ilə hərbi əməkdaşlığa görə tənqid olunmasını düzgün saymır. Onun fikrincə, rəsmi İrəvanın Rusiyadan başqa silah almaq üçün tərəfdaşı yoxdur.

“Ermənistana Rusiyadan silah almamağı tələb etmək, özünə qəsd etməyi təklif etmək kimi bir şeydir. Konqresmenlərə başa salmaq lazımdır ki, Yerevan çıxılmaz vəziyyətdədir və ABŞ silah məsələsində ona yardım edə bilməyəcək”. Bununla belə, ekspert ABŞ-ın sanksiyalarının ölkəyə ciddi ziyan vurmayacağı fikrindədir. “Avrasiya Birliyinin üzvü kimi Ermənistan ciddi ziyan görməyəcək. Onun ABŞ-la ticarət əlaqələri elə də böyük deyil. Amma Vaşinqtona cavab olaraq İranla əlaqələr genişlənə, amerikalı diplomatlar Yerevandan qovula bilər”.

Ermənişünas alim Qafar Çaxmaqlı ”Yeni Müsavat”a dedi ki, erməni mətbuatı Amerikanın sanksiyaları ilə bağlı narahatlıqlarını ifadə etməkdədir:

Картинки по запросу qafar çaxmaqlı

Bu sanksiyaların Ermənistana da tətbiq edilmə ehtimalı yüksəkdir, çünki Rusiyadan ən çox hərbi- texniki yardımlar və silah alan ölkələr sırasında Ermənistan öndə gəlir. Rusiyanın 200 milyon dollarlıq kredit ayırmasından sonra bu məbləğ miqdarında silah artıq Ermənistana verilib. Rusiyadan silah alan ölkələr içərisində Azərbaycanın da olması daha çox Ermənistanı narahat edir, onlar Rusiyadan gələn istənilən heyətlə görüşərkən bu məsələni gündəmə gətirirlər. Bununla əslində Ermənistan Azərbaycanla silah balansını tarazlamaq üçün Rusiyadan yeni partiya silahlar qoparmaq istəyir. Ötən illərdə də belə olmuşdu. Azərbaycan Rusiyadan aldığı silah qədər Ermənistana silahı müftə verirdi. Ötən əsrin sonlarında 1 milyard dollarlıq silah verilmişdi. Bu faktları ortaya çıxaran şəxs - Generel Roxlin isə öldürülmüşdü”. Q.Çaxmaqlı düşmən ölkənin mediasına istinadən dedi ki, indi Ermənistan mətbuatı Rusiyaya qarşı bir kampaniya aparmaqdadır: “Bu həm də ona görə edilir ki, Amerikanın xoşuna gəlsin. ”Ermənistan “Rusiyanın forpostu” olaraq davam etdiyi halda nədən Rusiya bu ölkənin “təhlükəsizliyini” təmin etməsin? “Məsələ belə qoyulur. Başqa sözlə, Rusiya onunla təhdid edilir ki, əgər “forpost”luq davam edəcəksə, o halda Moskva Ermənistanı müdafiə etməlidir. Əks təqdirdə Ermənistan ABŞ-la əlaqələri genişləndirəcək. Hakimiyyətə yaxın mətbuat orqanlarında və köşə yazarlarının məqalələrində bu məqam diqqət çəkir”. Bununla belə, ekspertimiz düşünür ki, son zamanlar Ermənistan oyun oynamaqdadır: “Onlar özlərini bir az Qərbə meyli göstərməyə çalışırlar. Bu həm də o siyasətin davamıdır ki, Qarabağ məsələsində ABŞ-ın dəstəyini alsınlar. Həm də belə bir fikir yaratsınlar ki, Rusiyanın Azərbaycanla əməkdaşlığı Qafqaz regionu üçün təhlükə ola bilər. Onlar ABŞ-da qəbul olunan sanksiya qərarının təsdiq olunmasından sonra Azərbaycana da basqıların edilməsi siyasətini önə çəkməkdədirlər. Onsuz da ABŞ bilir ki, Ermənistanı Rusiyanın caynağından qoparmaq çətin olacaq, o Gürcüstan və Azərbaycanı bu məsələdə ram etmək istəyir. Gürcüstanla hərbi əməkdaşlıq davam edir. ABŞ-ın Azərbaycanla belə bir əməkdaşlığa meyli varmı?. İndi bunları söyləmək çətin olsa da Rusiyanı sıxışdırmaq üçün Amerika hər variantı işə sala bilər”.
Politoloq Hikmət Hacızadə isə bildirdi ki, bu gün Ermənistan cəmiyyətində artıq iki mövqe var: “Rusiya forpostu olaraq qalaq, ya Rusiya ilə belə əməkdaşlıq bizi sonda məhvə gətirəcək? İkincisi təzəlikcə meydana gəlib, amma getdikcə güclənir. Təəssüf ki, bu yeni məfkurə hələ ki Ermənistanın pro-Rusiya kursunu dəyişmək iqtidarinda deyil . Amma Rusiya zəiflədikcə pro-Qərb mövqeyi güclənəcək”. Politoloq deyir ki, Rusiyanın Ermənistana yardımı tükənsə, ermənilər heç şübhəsiz Qərbə üz tutacaqlar...

İrəvanın ABŞ prezidentinə bəslədiyi ümidlərinin puç olduğu göz önündədir. Bako Saakyan ABŞ Konqresinə dəvət olunduğuna görə rəsmi Bakı ABŞ səfirini XİN-ə dəvət etdi, həmçinin Dövlət Departamentinə nota verərək bu kimi addımların münasibətlərə təsirsiz ötüşməyəcəyini xatırlatdı. Şübhə yox ki, D.Tarmp qərarını verərkən həm də Bakının münasibətini nəzərə alıb.

 






Fikirlər