TRAMPdən PUTİNƏ İNANILMAZ Təklif

Hər şey dəyişə bilər – Trampdən Putinə İNANILMAZ TƏKLİF

ABŞ prezidenti Donald Tramp martın 20-də rusiyalı həmkarı Vladimir Putinlə telefon söhbəti zamanı Vaşinqtonda ikitərəfli görüş keçirməyi təklif edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

“Əgər hər şey normal olacaqsa, ümid edirəm ki, amerikalılar sammitin keçirilməsi imkanını müzakirə etmək təklifindən imtina etməyəcəklər. Telefonla söhbət zamanı, Tramp ilk sammitin Vaşinqtonda – Ağ Evdə keçirilməsini təklif edib”, - Uşakov brifinqdə deyib.

O qeyd edib ki, ilin birinci yarısında görüşün keçirilməsi istisna edilir: “Telefon söhbəti konstruktiv işgüzar xarakter daşıyırdı və bir çox məsələlərə toxunulub. Bundan sonra ikitərəfli münasibətlərimizdə eniş oldu: ABŞ-ın 60 Rusiya diplomatını göndərməsi və baş konsulluğun bağlanması. Bu addımlara Rusiya tərəfi müvafiq cavab verməyə məcbur oldu”.

Qeyd edək ki, Rusiya və ABŞ-ın liderləri indiyə kimi iki dəfə görüşüblər. Ötən ilin iyulunda prezidentlər Hamburqda keçirilən G20 sammitində ikitərəfli münasibətlərin vəziyyəti, həmçinin Suriya və Ukrayna böhranlarını müzakirə ediblər. Noyabrda isə Putin və Tramp Dananqda ATES sammitində görüşüblər. Onlar görüş zamanı Suriya üzrə birgə bəyanatı bəyəniblər.

Bundan sonra dövlət başçıları bir neçə dəfə telefonla söhbət ediblər.






Fikirlər