Bakıda tələbə qızın öldüyü klinika bağlandı

Bakıda tələbə qızın öldüyü klinika bağlandıBakıda tələbə qızın öldüyü klinika bağlandı













Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbəsi Mürsəlova Leyla Namiq qızının əməliyyat olunduğu “StarMed” klinikasının fəaliyyəti dayandırıldı.

Səhiyyə Nazirliyindən oxu.az-a bildiriblər ki, əməliyyatın aparıldığı “StarMed” klinikasının fəaliyyətinin müvəqqəti dayandırılması və hadisə ilə bağlı araşdırmanın aparılması barədə sərəncam verilib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib ki, araşdırma başa çatdıqdan sonra klinikanın fəaliyyəti barədə qərar veriləcək.

Qeyd edək ki, Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbəsi Mürsəlova Leyla Namiq qızının “StarMed” klinikasında əməliyyat zamanı ölməsi faktı ilə əlaqədar Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.

Xatıqladaq ki, Mürsəlova Leyla Namiq qızı martın 17-də özəl klinikalardan birində - “StarMed”də burnundan plastik əməliyyat olunmaq istəyib. Lakin tələbə qıza əməliyyat üçün narkoz verilən kimi o, dünyasını dəyişib. İlkin olaraq, qızın narkozun dozasının yüksək olması səbəbindən öldüyü ehtimal edilir.

Mərhumun həkimi cərrah Sənan Mehdiyev olub.






Fikirlər