TRAMP TƏHDİD ETDİ: "Küçələrdə bircə ədəd “Mercedes” qalmayanadək mübarizə aparacam"

Tramp təhdid etdi:

Avropa İttifaqı ABŞ-ın polad və alüminiuma qoyduğu əlavə rüsum qərarı ilə silkələnib.
 
Sfera.az xəbər verir ki, bu həftə ABŞ ticarət naziri Vilbur Ross və Avropa İttifaqı ticarət sədri Malmström arasında Parisdə keçirilən görüş nəticəsiz qalması ticarət müharibəsini qaçınılmaz hala gətirib. 
ABŞ prezidenti Donald Tramp mart ayında ölkəyə idxal olunan polad və alüminiuma 25% və 10%-lik gömrük vergisi tətbiq edəcəyini bəyan etmişdi. Ancaq Tramp daha sonra Aİ, Kanada, Meksika, Braziliya, Avstraliya və Argentinaya 1 iyuna qədər vaxt verdi. Bu müddət ərzində ölkələr arasındakı narazılıqların həll olunmaması bu ölkələrə tətbiq olunan əlavə vergiləri qaçınılmaz edib. 
Almaniya və ABŞ mətbuatında gedən xəbərlərə görə, Tramp alüminium və polad sektoru ilə yanaşı alman avtomobil şirkətlərinə də sərt idxal vergisi qoymağı planlaşdırır. Alman avtomobil sənayesinə müharibə elan etməyə hazırlanan Trampın "Nyu-Yorkun 5-ci prospektində bircə ədəd "Mercedes” qalmayanadək onlarla mübarizə aparacağam” dediyi iddia olunur.
Trampın əlavə gömrük vergiləri tətbiq etməsi xəbəri alman avtomobil istehsalçıları "Daymler”, BMW, VW və "Porşe”nin birjadakı aksiyalarını 2% ucuzlaşdırıb. Tramp daha əvvəl xarici avtomobillərin idxalına 35% əlavə gömrük vergisi qoymaq istədiyini bildirmişdi. Bu baş verərsə, alman istehsalçılar 5 milyard dollar əlavə xərcə düşəcəklər.
Almaniya kansleri Angela Merkel ABŞ-ın polad və alüminium üçün gömrük vergisi tətbiq edəcəyi halda Avropa İttifaqının əks addımla cavab verəcəyini açıqlayıb:
"Hələ qərar vermədik, amma gömrük tarifləri tətbiq olunarsa, Avropa İttifaqı daxilində qəti mövqeyimiz var". 






Fikirlər