AZƏRBAYCAN bu sahədə keçmiş SSRİ-də 1-ci, dünyada 36-cı oldu - İnanılmaz REYTİNQ CƏDVƏLİ

Azərbaycan bu sahədə keçmiş SSRİ-də 1-ci, dünyada 36-cı oldu - İnanılmaz REYTİNQ CƏDVƏLİ

Beynəlxalq ekspertlər dünyanın ən pisən yaxşı yolları olan ölkələrin reytinqini hazırlayıblar.

Publika.az xəbər verir ki, 2017-2018-ci illər qlobal rəqabət qabiliyyəti indeksinin siyahısına 137 dövlət düşüb.

Ən pis yollar Mavritaniya, Konqo, Haiti, Madaqaskar, Qvineya, Yəmən, Paraqvay, Ukrayna, Mozambik və Moldovadadır.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ən keyfiyyətli yollara sahibdir. Ölkə 6,4 bal (maksimal yeddi bal) toplayıb. İkinci yerdə Sinqapur, üçüncü yerdə İsveçrə qərarlaşıb. Honkonq (Çinin xüsusi inzibati ərazisi hesab edilir), Niderland, Yaponiya, Fransa, Portuqaliya, Avstriya və ABŞ ilk onluğu tamamlayır.

Rusiya 114-cü yerdə qərarlaşıb. Azərbaycan 36-cı yerdə olmaqla post-sovet ölkələri arasında ən yaşı mövqedədir. Azərbaycan 7 mümkün baldan 4,8 bal toplayıb. Ermənistan 85, Gürcüstan isə 82-ci yerdədir.

 






Fikirlər