Tramp Ərdoğana görə MƏYUS olub

ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan haqda məyus olduğunu bildirib.

 AzerTaym.az xəbər verir ki, bu barədə o, nüfuzlu “Bloomberg” nəşrinə müsahibəsində qeyd edib.

Mən ondan (Ərdoğandan red.) çox məyus oldum. Amma yenə də biz hər şeyin necə gedəcəyinə baxacağıq” – deyə Tramp Türkiyədə saxlanılan rahib Endrü Branson məsələsinə şərh verərkən söyləyib.

Qeyd edək ki, ABŞ vətəndaşı, rahib Endrü Branson Türkiyədə PKK və Fətullah Gülənin terrorçu təşkilatları ilə əlaqələrinə görə həbs edilib.

Sonradan onun haqqında olan həbs qərarı ev həbsinə dəyişdirilib. Bu hadisə iki ölkə arasında gərginliyə səbəb olub. ABŞ tərəfi onun təhvil verilməsini tələb edib. Qarşılığında isə Türkiyə tərəfi 2016-cı ildə hərbi çevrilişdə ittiham olunan və ABŞ-da yaşayan Fətullah Gülənin təhvil verilməsini tələb edib.






Fikirlər