“Əmrləri Azərbaycandan almışam”: gizli dinləmələr

“Əmrləri Azərbaycandan almışam”: gizli dinləmələr “Rüşvət və qanunsuzluq” əməliyyatında həbs olunan azərbaycanlı iş adamı Rza Zərrabın rüşvət vermə ilə bərabər, İrandan 87 milyard avroluq qanunsuz transfer etdiyi də açıqlandı.
Maliyyə Nazirliyi Rüşvət Cinayətlərinin Araşdırma Komissiyası İstanbul Polis İdarəsinə Zərrabın şirkətlərinin heç bir fəaliyyətdə olmadığını, lakin milyonlarca avro transfer etdiyini və bunun xaricdə sənədləşdiyini göstərən bir hesabat təqdim olunub. Məsələ ilə bağlı baş hərfi A.M. olan bir informator ortaya çıxıb. Maliyyə Nazirliyi müfəttişləri Türkiyədə qurulan üç xəyali şirkətin fəaliyyətini və hesabını araşdırıb, bunun sonunda da böyük pulların qanunsuz şəkildə transfer edildiyini ortaya çıxarıb.
İnformatorun verdiyi sənədlərə görə, 2009-2012–ci illər arasında “Bank Mellat” tərəfindən yuyulan çirkli pulların miqdarı 87 milyard avroya çatır. Bundan başqa, müfəttişlər bu şirkətlərin bank qeydiyyatlarını dərindən analiz etmək üçün xüsusi komissiya qurub və soruşdurma komissiyası tərəfindən əlavə bir çalışma ilə iş adamları Adəm Gəlgəç və Vidadi Bədəlov tərəfindən qurulan şirkətlərin çirkli pulları yuma daxil olmaqla, sayının 11 olduğunu ortaya çıxarıb. 2013-cü ilin fevralında ifadə verən Gəlgəç transferləri İrandan apardığını etiraf edib. Rza Zərrab açıqlamada əməliyyatlar üçün əmrlərin İran və Azərbaycandan gəldiyini, ancaq bu əmrlərin kim tərəfindən verildiyini deməyib. Daha sonrakı araşdırmalarda isə bu şirkətlərin Zərraba aid olduğu məlum olub.






Fikirlər