Ermənilər Qafqazda “İKİNCİ QARABAĞ” yaradır – Şərh

Ermənilərin Abxaziya və Cənubi Osetiyada separatizm meyillərini dəstəkləmələri “Böyük Ermənistan” planının tərkib hissəsidir və bu, heç kimə sirr deyil.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspert bildirib ki, ermənilər bu gün də Gürcüstanda separatizm meyillərinin inkişafında yaxından iştirak edirlər:

“Heç kimə sirr deyil ki, ermənilər Abxaziyada separatizm proseslərinin inkişafında müstəsna rol oynayıblar. Düzdür, Gürcüstanın köhnə hökuməti bu məsələ ilə bağlı konkret işlər gördü. Belə ki, Saakaşvili dönəmində Cavaxetiyanın separatist liderlərinə qarşı cinayət işi açıldı. Ancaq son illərdə onlardan bəzilərinin həbsdən azad edilməsi təəssüf doğurur. Çünki bu separatçılar Gürcüstanda olsalar da, onlar Azərbaycanın Dağlıq Qarabağ ərazisində olan erməni separatçıların işğalçı siyasətində də çox yaxından iştirak edirlər. Cavaxetiya separatçıları ilə Dağlıq Qarabağ və Abxaziya separatçıları arasında bu gün də yaxın münasibətlər var, hətta onlar işlərini birgə koordinasıya edirlər. Bildiyiniz kimi, ermənilərin Suxumi uğrunda gedən döyüşlərdə gürcülərə qarşı xüsusi qəddarlıqları ilə fərqlənmələri də məhz bu yaxın əlaqələrin nəticəsidir”.

Politoloq bildirib ki, bu yaxınlarda Suxuminin işğalının 25 illiyi ilə bağlı Abxaziya rəhbəri ilə qondarma “dqr” rejiminin rəhbəri arasında məktublaşma ermənilərin Gürcüstanın Cavaxetiya regionuna olan ərazi iddialarının öz aktuallığını qorumasından xəbər verir:

“Azərbaycan erməni separatizminin törətdiyi bu fəsadlarla bağlı dəfələrlə öz qəti mövqeyini ortaya qoyub. Ancaq hesab edirəm ki, Azərbaycan və Gürcüstan bu əlaqələri birdəfəlik kəsməli, onları zərərsizləşdirməlidir. Digər tərəfdən beynəlxalq ictimaiyyətdən regionda separatizmin bu şəkildə yayılması məsələsinə baxılması tələb edilməlidir. Çünki bu sahədə kifayət qədər nəticə əldə edilməməsi separatçılara öz məkrli siyasətlərini davam etdirməyə imkan verir”.






Fikirlər