Qaşıqçı ilə bağlı “Əl-Cəzirə”dən SENSASİYALI İDDİA: Konsulun iqamətgahında...

Qaşıqçı ilə bağlı “Əl-Cəzirə”dən SENSASİYALI İDDİA: Konsulun iqamətgahında...

Qətərin “Əl-Cəzirə” telekanalı Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda öldürülən Camal Qaşıqçı barədə şok iddia irəli sürüb.

Publika.az xəbər verir ki, Baş prokurorluqdakı mənbələrə istinad edən kanal konsulun iqamətgahındakı hidroxlorik turşusunun izlərinin aşkarlandığını bildirib.

“Əl-Cəzirə”nin mənbələrinə görə, Qaşıqçının parçalanmış cəsədi baş konsul Məhəmməd Uteybinin iqamətgahındakı otaqlardan birində turşuda əridilib.

Qeyd edək ki, Camal Qaşıqçının cəsədinin yeri rəsmi olaraq hələ açıqlanmayıb.

Xatırladaq ki, Səudiyyə jurnalisti Camal Qaşıqçı “Vaşinqton Post” qəzetində işləyirdi və 2017-ci ildən ABŞ-da yaşayırdı. O, oktyabrın 2-də İstanbulda Səudiyyə Ərəbistanının Baş konsulluğunun binasına girəndən sonra yoxa çıxıb. Oktyabrın 20-da Səudiyyə Ərəbistanının Baş prokurorunun yaydığı xəbərə görə, jurnalist konsulluq əməkdaşları ilə dava nəticəsində ölüb. Hadisə ilə əlaqədar 18 nəfər saxlanılıb.

İndiyə kimi, Qaşıqçının öldürülməsi ilə bağlı indiyə kimi müxtəlif versiyalar irəli sürülüb.

 

 

Qaşıqçının cəsədini tapmaq Meloya QALDI - FOTO






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi