İlham Əliyevin ayırdığı ərazini 2 milyona satır?!

İlham Əliyevin ayırdığı ərazini 2 milyona satır?!Qarabağ” rəhbərliyi “Neftçi”nin keçmiş prezidentindən dövlət başçısına şikayət edəcək

Ötən mövsüm Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan "Qarabağ" klubunun rəhbərliyi və üzvləri turnirdə çıхışını başa vurandan sonra prezident İlham Əliyev tərəfindən qəbul olunmuşdu.

Dövlət başçısı hakim ədalətsizliyi ilə üzləşən "Qarabağ"a mənəvi dəstəklə yanaşı, bir milyon manat mükafat ayırmışdı. Bununla kifayətlənməyən prezident "Qarabağ"ın Futbol Akademiyası tikməsi üçün yerlə təmin olunmasına göstəriş vermişdi. Belə ki, görüşdə klubun bazası ilə maraqlanan prezident bir hissəsi "Qarabağ"a icarəyə verilən Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunun tam olaraq kluba ayrılması haqqında təlimat vermişdi.

Image result for qarabag stadionu

AzFakt.com-a daxil olan məlumata görə, bu ərazi hələ də "Qarabağ"a verilməyib. Səbəb isə "Neftçi" İdman-Sağlamlıq Mərkəzinin rəhbəri Sadıq Sadıqovun prezidentin sərəncamını yerinə yetirməməsidi. Belə ki, Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu Sadıq Sadıqovun başçılıq etdiyi "Neftçi" İdman-Sağlamlıq Mərkəzinin balansındadı. Həmin ərazinin bir hissəsi "Qarabağ"a icarəyə verilib və klub orda baza-stadion tikib. Qalan hissəsi isə hələ də Sadıq Sadıqovun nəzarəti altındadı. “Qarabağ” klubunun rəhbərliyi dəfələrlə prezidentin tapşırığını onun nəzərinə çatdırsa da, hələ də verilən göstərişə əməl olunmayıb.

İlham Əliyevin ayırdığı ərazini 2 milyona satır?!Mənbə bildirir ki, stadionun geniş ərazidə tikilməsi üçün klub rəhbərliyi dəfələrlə Sadiq Sadıqovla danışıqlar aparmasına baxmayaraq, heç bir nəticə əldə olunmayıb.

Deyilənə görə Sadıq Sadıqov "Qarabağ" klubunun rəhbəri Tahir Gözəldən stadiona veriləcək əlavə torpağa görə 2 milyon manat istəyib. Sadıq Sadıqovun istədiyi məbləği verməkdən imtina edən Tahir Gözəl isə çarəsiz şəkildə stadionu dar bir çərçivədə tikib. Əldə etdiyimiz məlumata görə, "Qarabağ" rəhbərliyi Tahir Gözəl Sadıq Sadıqovun bu addımını cavabsız qoymaq niyyətində deyil və İlham Əliyevin stadionun açılışına gəlişini gözləyir. Həmin vaхt klubun prezidenti "Neftçi" İSM rəhbərindən dövlət başçısına şikayət edəcək. (pia.az)

P.S. Yazıda adı keçən şəxslərin mövqeyini verməyə hazırıq.






Fikirlər