TRAMP, ƏSLİNDƏ KİMİNLƏ SAVAŞIR? – Qlobal maliyyə-bank sistemilə ABŞ dövləti arasındakı mücadilə
Vaqif MAHMUDOV Son günlər postkoronavirus dövründə dünyadakı mövcud qüvvələr nisbətində mühüm yerdəyişmələr olacağından və dünya arenasının yenidən bölüşdürülməsindən danışılır. Deməli, deyilənlərdən hasil olunan nəticəyə görə, koronavirus kimlərinsə əlinə düşmüş böyük fürsət və ya öncədən planlanmış vasitədir. Koronavirusla bağlı Donald Trampın Çin hakimiyyətini günahlandırması pərdə arxasında çox gizli mübarizənin getməsindən xəbər verir. Əgər diqqətlə müşahidə etsək, ABŞ Prezidentinin Çinə qarşı çıxış və bəyanatlarının mərhələli şəkildə sərtləşdiyini görərik. Onun söylədiklərindən belə qənaətə gəlmək olar ki, koronavirus siyasi-iqtisadi məqsədlər naminə güclü bioloji silah kimi istifadə olunur. Tramp bununla bağlı birbaşa heç nə deməsə də, zaman keçdikcə duman çəkiləcək və bir çox mətləblər aydınlaşacaq. Beləliklə, koronavirus tibbi yox, siyasi mövzunun predmetinə çevriləcək və reallıqda nə baş verir? İllərdir hansı həqiqətlər gizli qalıb? Obyektiv gerçəkliyin aşkarlanmsı üçün əsas səbəbin haradan qaynaqlandığı bəlli olmalıdır. Ona görə də bəşər tarixində cərəyan edən bütün proseslərə panoramlı nəzər salınmalıdır. İndi sivilizasiyamızın inkişaf mərhələsinin elə həlledici dönüş nöqtəsindəyik ki, baş verənləri yalnız fundamental əsaslara dayanaraq öyrənmək mümkündür. Məsələn, ABŞ və Çin münasibətləri də daxil olmaqla, bütün hadisələr sistemli analiz süzgəcindən keçirilməlidir. Sistemli analiz aparanda, biz yekun nəticədə anlayacağıq ki, hər şey içində yaşadığımız mövcud iqtisadi-ictimai quruluşun mahiyyətindən doğur. İqtisadi-ictimai quruluş deyəndə, hansısa mücərrəd məfhumu yox, kapitalizmi nəzərdə tuturam. Elə bu səbəbdən də əsas mənbə olan kapitalizmin mahiyyətini anlamaq çox vacibdir. Kapitalizmin mahiyyəti özünü hansı formada büruzə verir? Kapitalizm tarix səhnəsinə gələndən sonra onun özünəməxsus xarakteri və işləmə mexanizmi peyda oldu. Maraqlıdır ki, kapitalizm feodal dövlət sisteminin xüsusiyyətini köklü surətdə dəyişməyə başladı. Son beş yüz il ərzində kapitalla dövlət arasında daim ziddiyyət yaşanıb. Bu ziddiyyət zaman-zaman silahlı qarşıdurmalara qədər gedib çıxsa da, hər halda dövlətlə kapital ümumi tənzimləmə prosesindən keçərək, cəmiyyət həyatını təkamül yoluyla hazırkı formaya gətiriblər. Sistemli analiz aparanda, biz yekun nəticədə anlayacağıq ki, hər şey içində yaşadığımız mövcud iqtisadi-ictimai quruluşun mahiyyətindən doğur. İqtisadi-ictimai quruluş deyəndə, hansısa mücərrəd məfhumu yox, kapitalizmi nəzərdə tuturam. Elə bu səbəbdən də əsas mənbə olan kapitalizmin mahiyyətini anlamaq çox vacibdir. Kapitalizmin mahiyyəti özünü hansı formada büruzə verir? Kapitalizm tarix səhnəsinə gələndən sonra onun özünəməxsus xarakteri və işləmə mexanizmi peyda oldu. Maraqlıdır ki, kapitalizm feodal dövlət sisteminin xüsusiyyətini köklü surətdə dəyişməyə başladı. Son beş yüz il ərzində kapitalla dövlət arasında daim ziddiyyət yaşanıb. Bu ziddiyyət zaman-zaman silahlı qarşıdurmalara qədər gedib çıxsa da, hər halda dövlətlə kapital ümumi tənzimləmə prosesindən keçərək, cəmiyyət həyatını təkamül yoluyla hazırkı formaya gətiriblər. Bəs kapitalizm nədir və o, müasir dövrümüzdə özünü hansı şəkildə təzahür etdirir? Dövlətlə kapital arasındakı antoqonizm kapitalizm sisteminin siyasi və iqtisadi mahiyyətindən qaynaqlanır. Gəlin onlarla qısaca tanış olaq. Kapitalizmin iqtisadi mahiyyəti Kapitalizm öz iqtisadi mahiyyətinə görə, durmadan genişlənməli, böyüməli və təmərküzləşməlidir. Bu üç xüsusiyyət həmişə sinxronluq təşkil edib. Kapital ekstensiv - yəni, genişlənmə yoluyla bütün dünyanı tutub. 1991-ci ildə SSRİ-nin dağılması nəticəsində sovet blokunun dollar zonasına girməsiylə genişlənmə prosesi dayanıb. Çünki dünyada artıq elə bir ölkə yoxdur ki, maliyyə-iqtisadi cəhətdən dollar zonasına daxil olmasın. Kapitalın bir mərkəzdən idarə edilməsi əslində, İkinci Dünya Müharibəsindən sonrakı dövrə aiddir. Lakin burada bir məsələni yaddan çıxarmayaq ki, Sovet İttifaqının süqutuna kimi, kapitalın planetar mərkəzləşməsi tam yekunlaşmamışdı. O ki qaldı böyümə prosesinə, artıq uzun müddətdir ki, onun tempi getdikcə ləngiyir. Məhz təmərküzləşmə prosesi nəticəsində dünyada vahid maliyyə sistemi hökm sürür. Dünyanın bütün dövlətləri bu sistemə tabedirlər və onun şərtləri altında fəaliyyət göstərirlər. İstisna yoxdur. Kimsə deyə bilər ki, bəs, Şimalı Koreya özünü təcrid edib. Xeyr, hətta dolayı yolla onlar da bu sistemin içindədirlər. Daha doğrusu, dünya artıq ümumi bir bazar halına gəldiyi üçün bütövdür və bu mənada onun sərhədləri yoxdur. İndi bütün dünya ölkələrinin iqtisadiyyatı Bretton-Vuds sistemi əsasında yaradılmış Beynəlxalq Valyuta Fondu, Ümumdünya Bankı və Ümumdünya Ticarət Təşkilatının qaydalarına görə fəaliyyət göstərir. Digər yandan isə, 1976-cı ildə Yamaykada keçirilən beynəlxalq konfrans zamanı bu modeldə əsaslı valyuta islahatı aparılıb. “Yamayka valyuta sistemi”nə əsasən dövlətlər dollar zonasına daxildirlər və onların valyutalarının məzənnəsi dollara əsasən müəyyənləşir. ABŞ dolları adlandırılan valyuta Federal Ehtiyatlar Sistemi(Federal Rezerve System-FRS) tərəfindən emissiya edilir. FRS-in Amerikada yerləşməsinə baxmayaraq, o, dövlətə tabe quruluş deyil. Tramp ABŞ dövlətiylə FRS arasındakı münasibətləri kardinal şəkildə dəyişdirməyi planlaşdırır. ABŞ dövləti pulu FRS-dən alır. Bunun üçün ABŞ Maliyyə Nazirliyi FRS-ə xəzinə istiqrazları verərək, ondan özünə lazım olan miqdarda pulu borc götürür. FRS transmilli banklara kreditlə pul verir. Bu banklar həm istehsal şirkətlərini və həm də fiziki şəxsləri kreditləşdirir.Ona görə də iqtisadiyyatın canlandırılması FRS-in faiz dərəcələrindən və bankların kredit axınından asılıdır. Bəli, digər yandan ortalıqda müxtəlif maliyyə derivativləri də var ki, onlar baza aktivlərinə söykənirlər və sığorta funksiyasını yerinə yetirirlər(Birjalardakı möhtəkirlik əməliyyatları derivativlər vasitəsiylə aparılır). Dünyadakı ticarətin 80 faizindən çoxu dollar vasitəsilə həyata keçirilir. Başqa bir nüans da var. ABŞ-ın Maliyyə Nazirliyi dövlət borcunu maliyyələşdirməkdən ötrü əmanət istiqrazları buraxır və dünyada xeyli dövlət əlindəki dolları verib, gəlir faizi az olan həmin qiymətli kağızları alırlar. ABŞ xəzinə istiraqzları dövlətin beynəlxalq arenadakı güclü tərəfidir. Bu yaxınlarda FRS dünya miqyasındakı dollar tələbini yerinə yetirməkdən ötrü, başqa ölkələrin Mərkəzi Banklarının sərbəst formada dollar əldə etmələrinə şərait yaradıb. ”Swap line”proqramına əsasən mərkəzi banklar əllərindəki ABŞ maliyyə istiqrazlarını verib, əvəzində dollar ala bilirlər. İlk baxışda hər şey sadə görünsə də, əslində bu sistem çox mürəkkəb mexanizm əsasında işləyir. Beləliklə, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Ümumdünya Ticarət Təşkilatı kimi beynəlxalq maliyyə institutları, FRS, tarnsmilli banklar, fond birjaları, ofşor zonalar, reytinq agentlikləri və digər müvafiq quruluşar vahid orqanizm kimi çalışırlar. Deməli, kapitalizmin iqtisadi mahiyyətindən irəli gələn təmərküzləşmə xüsusiyyətinə əsasən, maliyyəçilər vahid bir sistem yaradaraq dünyanın hər yanını bürüyüblər. Buna görə də onlar kürəsəlçilər-qlobalistlər adlanırlar. Mərkəzi bazası Amerikada yerləşən dünya maliyyə qurumlarının birbaşa ABŞ-a məxsus olması fikri yanlışdır. Çünki pulun sərhədi olmadığı kimi, vətəni də yoxdur. Hazırda dünya iqtisadiyyatında maliyyə sektorunun payı 70 faizə yaxındır. Ancaq 1950-ci illərdə bu pay 10 faizi ötmürdü. Biz “qlobalistlər” dedikdə, bunun sırf maliyyə və geosiyası xüsusiyyətə malik olduğunu zənn etməyək. Belə ki, qlobalizmin əhatə dairəsi özündə cəmiyyət həyatının bütün sferalarını cəmləyir və buraya siyasi, ictimai, mədəni, mas-media və digər sahələr də daxildir. Kapitalizmin siyasi mahiyyəti özünü necə təzahür etdirir? Siyasi mahiyyətinə görə kapitalizm Yalta, Potsdam, San-Fransisko konfranslarından çıxmış qərarlar və BMT platforması əsasında dövlətlərin bir araya gəldiyi beynəlxalq nizam qaydası ilə nizamlanır. Məsələn, Ümumdünya Səhiyyə Təşkilatı bu sistemin elementlərindən biridir. Amma hazırda dünya maliyyə sistemi vahid orqanizm olsa da, milli dövlətlərin belə birliyi yoxdur. Yəni, siyasi sistem bütöv deyil, həm də onun yenilənməsinə ehtiyac duyulur. Dövlət öz möhtəviyyatına görə həmişə istəyib ki, onun daxilinə digər qüvvələr müdaxilə etməsin. Suverenliyini və təhlükəsizliyini saxlamaq onun başlıca məqsədi olub. Tarixdən yaxşı məlumdur ki, istənilən dövlət öz müstəqilliyini qorumaq məqəsədilə xarici kapitalın onun ərazisində sərbəst hərəkətinə məhdudiyyətlər qoyub. Ancaq bütün tarix boyu kapital heç bir məhdudiyyət tanımadan istənilən sərhədi aşaraq sərbəst dolaşmaq istəyib. Ona görə də dövlətlərin qoyduğu məhdudiyyətlər nəyin bahasına olursa olsun aradan qaldırılmalıydı. Birinci Dünya Müharibəsi nəticəsində Rusiya, Almaniya, Avstriya-Macarıstan, Osmanlı imperiyaları tarix səhnəsindən silindilər. Kapitalın sərbəst hərəkətinin önü açıldı. İkinci Dünya Müharibəsindən sonra isə dünyanın böyük bir hissəsi üzərində vahid maliyyə sistemi quruldu və 1991-ci ildə SSRİ-nin dağılmasyla kapitalın əhatə dairəsi bütün planeti tam ağuşuna aldı. Artıq dollar Yer kürəsinin hər tərəfində sərbəst hərəkət edir. Buradan belə nəticə çıxarmalıyıq ki, iqtisadiyyat və siyasət arasındakı ziddiyət özünü milli dövlətlə dünya maliyyə kapitalındakı antoqanizmdə büruzə verir. Kapital öz məqsədinə çatmaq yolunda addım-addım irəliləyib və indiki halını alıb. Qarşıdurma bu iki qüvvə arasında gedir: Qlobal maliyyə-bank strukturuyla ABŞ dövləti arasındakı mücadilə Sözsüz ki, Amerika kapitalizm sayəsində meydana gəlmiş nəhəng gücdür, lakin maliyyə sistemi onu özünə rəqib görür. Dünyada kapitala qarşı duruş gətirə biləcək tək bir dövlət sistemi var. Bu, ABŞ-dır. Dünyada planetar miqyasda təsir gücünə malik yalınz iki qüvvə var. Bunlar maliyyə qlobalistləri və ABŞ dövlətidir. Qarşıdurma bu iki qüvvə arasında gedir. İndi dəbdə olan ”dərin dövlət” anlayışının digər böyük dövlətlərə şamil edilməsi tamamilə səhvdir. Bir daha təkrar edirəm ki, hazırda dünya siyasi səhnəsində real olaraq, iki güc var. Rusiya “dərin dövləti”, Almaniya “dərin dövləti”, Çin “dərin dövləti” və sair bu kimi yanaşmalar kapitalizm tarixindəki proseslərin məğzinin düzgün anlaşılmamasından irəli gəlir. Dünyanın iri dövlətləri bu iki gücün geostrateji və qlobal iqtisadi savaşlarında bu və ya digər tərəfin yanında yer alırlar. Məsələn, Çinin iqtisadi cəhətdən inkişafının memarı və oradakı kapitalın əsas sahibləri beynəlxalq maliyyə-bank sistemidir. Çünki Çini böyüdən transmilli maliyyə banklarının pulları və qurğuladığı planlardır. Və elə bu səbəbdən də beynəlxalq maliyyə korpusuyla Amerika dövləti arasındakı çəkişmənin ən gərgin tərəfi Çin-ABŞ münasibətlərində özünü daha qabarıq göstərir. Donald Trampın koronavirusun Uhan laboratoriyasında hazırlanmasını söyləməsi də buna işarədir. Əlbəttə, maliyyə-bank sisteminin indiki qlobal vəziyyətə gəlib çıxması birdən-birə baş verməyib. Onlar ABŞ-ı öz məqsədləri naminə bir mərkəz kimi istifadə etməyə çalışıblar. Amerikanın 19-cu əsr tarixi maliyyə -bank sistemiylə milli dövlət arasında gedən mücadilənin ən qaynar dövrü olub. Həmin tarixdə ABŞ-ın iki prezidenti - Avraam Linkoln və Ceyms Abram Qarfild qətlə yetirilib. İyirminci əsrdə isə, həmin taleyi Uilyam Makkinli və Con Kennedi yaşayıblar. Bu qarşıdurma indi də davam edir. Onun forması dəyişib, məzmun isə yerindədir. Ümumiyyətlə, uzun müddət ərzində bu mücadilə görünməz və hiss edilməz şəkildə gedib. Ancaq 2001-ci il 11 sentyabr tarixindən bu iki elita arasındakı fikir ayrılığı özünü daha açıq formada biruzə verdi və beləliklə də gərginlik yeni qaynar fazaya keçdi. O vaxtdan indiyədək cərəyan edən bu qarşıdurmadan irəli gələn hadisələr silsilə xarakteri daşıyır. İki elita arasındakı mücadilə Amerika sərhədlərindən kənarda da davam edir. Məsələn, Brexit, Venesueladakı xaos, İran ətrafındakı gərginlik, Suriyadakı vətəndaş müharibəsi, offşor zonalardakı trilyonlarla dolların mənşəyinin aşkara çıxarılması, ABŞ-la Çin arasındakı ticarət müharibəsi və sair hadisələr bu qəbildəndir. Sözsüz ki, bütün bunların hamısı ümumi kontekstin ayrı-ayrı elementləridir. Anlaşıldığı kimi bunların hamısı iki elitanın görünməyən mübarizəsinin əks-sədasıdır Unutmayaq ki, Böyük Britaniyadakı vəziyyət Amerikadakına oxşardır. Maliyyə kapitalının digər mərkəzi Londondur. Buradakı maliyyə strukturu vahid qlobal sistemin tərkib hissəsi olsa da, onun funksiyası başqa istiqamətə yönəlib. Böyük Britaniyanı da ABŞ kimi vahid bir güc hesab etməməliyik. Əlbəttə, siyasi platformada ölkələrdə çoxpartiyalılıq sistemidir. Lakin Britaniyadakı real siyasi güc yalnız iki yerə ayrılır-mühafizəkarlara və leyboristlərə. Mühafizəkarlar milli dövlətin, leyboristlər isə maliyyə-biznes elitasının parlament təşmisliçiləridir. Leyboristlər özlərini işçi sinfinin tərəfadrı kimi qələmə versələr də, əsl həqiqətdə maliyyə korpusunun maraqlarına uyğun davranırlar. Daha dərinlərə girdikdə ABŞ-ın təsəvvür edildiyi kimi bütöv və yekdil qüvvə olmadığı aydınlaşsa da, hər halda qlobal maliyyə korpusunun əsas bazası ABŞ-da yerləşir. Ona görə də, artıq yüz ildir ki, Amerika həm dünyanın ən güclü fövqəldövləti, həm də qlobal maliyyə strukturunun episentridir. ABŞ-dakı daxili dinamikanı bilmədən isə dünyada cərəyan edən mühüm prosesləri əhatəli şəkildə anlamaq mümkün olmayacaq. Amerikadakı daxili dinamika Hazırda qlobalist maliyyə bank sisteminin ABŞ-dakı siyasi təmsilçisi demokratlar partiyasıdır. Bunu 2016-cı ildəki prezident seçkiləri də əyani şəkildə göstərdi. Belə ki,demokratların namizədi Hilları Klintonun arxasında maliyyəçilər dayanırdı. Tramp isə milli dövlət sistemi tərəfindən dəstəklənib. Respublikaçılar əsasən ABŞ hərbi və mülki sənaye sektoruna söykəndiyindən Pentaqon Trampın arxasında dayanır. Əlbəttə ki, ölkənin müdafiəsi baxımından silahlı qüvvələr partiyalar arasında fərq qoymamalıdır. Lakin ABŞ daxilində incə və sezilməyən nüanslar son dövrlər daha aydın şəkildə təzahür olunur. Digər tərəfdən Federal Təhqiqatlar Bürosu (Federal Bureau of İnvestigation) və elektron kəşfiyyat orqanı “Milli Təhlükəsizlik Agentliyi”( National Security Agency) də milli dövlət sisteminin güclü tərəfi sayılır. ABŞ-dakı dini mənsubiyyətin də siyasi təəssübkeşlik üzərində çox böyük rolu var. Ona görə də bu faktor seçkilərin gedişində mühüm əhəmiyyət daşıyır. Yevangelist protestantlar və sionist yəhudilər də əsas etibarilə Trampı dəstəkləyirlər. Son illər katoliklərin də əksəriyyəti respublikaçılara meyl edirlər. Amerika tarixində anqlo-sakson mənşəlilərin xüsusi yeri var və onlar əsasən respublikaçılara daha çox üstünlük veriblər. Saylarına görə, Amerikada almanlar birinci yerdədir. Tramp milli mənşəyinə görə almandır və anqlo-saksonlar kimi almanlar da qədim german tayfalarıdır. Şübhəsiz ki, bu məsələdə konkret hanısısa sərhəd yoxdur, lakin söhbət ənənəvi meyldən gedir. Təxminən 30-40 il bundan öncə dini və irqi zəmində bu cür səviyyədə seqmentləşmə yox idi. İrland mənşəli Con Kennedidən başqa bütün ABŞ prezidentləri protestant olublar. Con Kennedi isə katolik idi. Hazırda demokratların arxasında transmilli banklar və onlara aid olan biznes elitası dayanır. Demək olar ki, Amerikadakı bütün mediya quruluşları, kino sənayesinin mərkəzi Hollivud, Kaliforniya ştatında yerləşən Silikon vadisindəki yüksək texnoloji şirkətlər qlobalist maliyyə bank sisteminin himayəsi sayəsində yüksəliblər. Amerikadakı protestantların “main stream” adlanan qolunun, Latın Amerika mənşəlilərin və qara dərililərin əksəriyyəti üstünlüyü demokratlara verirlər. Trampın prezidentlik müddətində qlobalistlər əllərində olan bütün resurslardan istifadə edərək, ona qarşı hücuma keçiblər. Bir məsələni xüsusilə qeyd edim ki, həm Amerikadakı maliyyə bank sektorunda və həm də dünyanın digər yerlərindəki bank sistemində böyük əksəriyyət yəhudilərdir. Ancaq bilməliyik ki, onlar sionist yəhudilər yox, qlobalist yəhudilərdir. İndi maraqlı sual yaranır. Axı bu iki elita arasındakı fikir ayrılığı nədən ibarətdir? İki nəhəng elita arasıındakı fikir ayrılığının səbəbləri Qlobalistlərin başlıca niyyəti təkcə maliyyə-bank quruluşlarına yeni format vermək yox, həmçinin yeni eraya keçidi təmin etməkdir. Bundan ötrü onlar yüksək texnologiyalardan istifadə yoluyla süni intelektin koqnitiv imkanlarını artırmağı və onun əhatə dairəsini dünyanın bütün guşələrinə yaymağı düşünürlər. Burada ön planda nano, bio, informasiya texnologiyası dayansa da, diqqət etdikdə bütün bunların əsas bazasının mikroelektronikaya söykəndiyini görərik. Son dövrlər digitallaşdırmdan(rəqəmləşdirmə) çox danışlır. Rəqəmləşdirmə ümumi kontekstin vacib parçasıdır. Yəni ki, ortada postkapitalizmə keçidin gerçəkləşdirilməsi planı dayanır. Hələ ki, iqtisadiyyatın kibernetik vasitələrlə idarə olunmasına göstərilən ilkin cəhdlərə rast gəlinir. Əgər nəzərdə tutulan bu proqram inkişaf edib faydalı iş əmsalını artırarsa, onda əlbəttə ki, dünya ticarətinin vahid ölçü meyarı olan dollar indiki statusunu itirər. Amma iş ondadır ki, onlar böyük əngəllə qarşılaşıblar. Gözlə görünməyən bu naməlum əngəl kapitalizmin işləmə mexanizmində yaranmış nasazlıqdan irəli gəlir. Səbəb kapitalizmin böyümə sürətinin ləngiməsidir. İndi bu problemi həll etməyə çalışırlar... Bəs, ABŞ milli dövlət sisteminin strateji planlarında nə dayanır? Onlar istəyirlər ki, kapitalizm öz yerində qalsın və Amerika sənayesi yenidən güclənsin. Tramp dövlətin təməlinin sarsılmasına qarşıdır. Amerika sənayesi və yerli istehsalı xarici malların təsirindən qorunmağa çalışır. Seçkilərdə “İlk öncə Amerika” şüarı təsadüfən seçilməmişdi. Amma məsələ ondadır ki, onların indiki mövcud maliyyə-iqtisadi modelini rəqibləri olan qlobalist maliyyəçilər qurublar. ABŞ strateqləri yaxşı bilirlər ki, heç nə əbədi deyil və bu model üzərində çox duruş gətirmək çətindir, yeniliyə getmək gərəkdir. Milli dövlət tərəfdarları texnoloji tərəqqinin əmələ gətirdiyi yeni reallıqlardan imtina etmirlər, sadəcə istəyirlər sistem elə qurulsun ki, orada Amerika öz böyük gücünü mühafizə edib saxlasın. Sistemin tənzimlənməsi və yeni modelə keçid Tarixdə bir çox hallarda milli dövlətlə kapital arasında müəyyən məsələlərdə qarşılıqlı razılaşma yaranıb və onlar birlikdə hərəkət ediblər.Elə hallar olub ki, tərəflər açıq qarşıdurmaya girməyiblər, çünki bu cür davarnış hər ikisi üçün ziyanlı ola bilərdi. Ancaq 2001-ci il 11 sentyabrından sonra ABŞ milli dövlətiylə qlobal maliyyə-bank sistemi arasında mücadilə yenidən aktiv fazaya keçib. Trampın hakimiyyətə gəlməsilə, son illər xeyli öndə olan ümumdünya maliyyə komandasının irəliləyişi zəiflədildi. Əslində, bu belə də olmalıydı. Çünki kapitalizmin böyümə sürəti ləngidiyindən nisbi üstünlük maliyyə-bank korpusunun əlindən alınıb digər gücə verilməliydi. Deməli, belə çıxır ki, arxa planda hansısa möhtəşəm nizamlayıcı qüvvə və ya sistem dayanır. İndi ortaya bəşər tarixinin bəlkə də ən mühüm sualı çıxır - bu iki qüvvə arasındakı balansı kim nizamlayıb? Yoxsa, nəzəri baxımdan yanaşılsa, ixtiyarında hərbi güc olan nəhəng dövlət aparatı maliyyə komandasını sadəcə, əzib keçərdi. Məsələn, 14-cü əsrin əvvəlində Fransa kralı IV Filipp əllərində xeyli qızıl və gümüş toplayan tamplyerləri məhv etdiyi kimi... Sözsüz ki, kapitalizm sistemi birdən-birə yox, tarixin axarına uyğun şəkildə təkamül yoluyla meydana gətirilərək, daim tənzimlənib. Tənzimləmə prosesi isə sistemdən doğan müvafiq qanunauyğunluq çərçivəsində həyata keçirilib. Həmin təşkilati zəka tarix boyu dövlət sistemi və maliyyə qurumları arasındakı ziddiyyətdən məharətlə istifadə edib və bunun kökləri xeyli uzağa, təxminən 500 il əvvələ gedir. Maliyyə-iqtisadi model və beynəlxalq siyasi sistem dəyişdirilə bilərmi? Əvvəlki yazımda dünya iqtisadiyyatının həcminin nə üçün kiçildilməsinə toxunmuşdum.Texniki vasitələrlə onu nə qədər daraltmaq olar? Əgər sivilizasiyamızın keyfiyyət baxımından tamamilə yeni müstəviyə - postkapitalizmə adlaması mümkün deyilsə, deməli, onda mövcud maliyyə-iqtisadi modeldə və o cümlədən də İkinci Dünya Müharibəsindən sonra formalaşmış beynəlxalq nizam qaydalarında mühüm islahatlar aparılmalıdır. Biz elə düşünməyək ki, sistemin nizamlanmsı çox asan işdir. İndiki modelin saxlanılması vaxt udmaq kimi dəyərləndirilməlidir. Çünki real iqtisadiyyatla maliyyə sektoru arasındakı balansın təmin edilməsi məsələsi öz həllini tapmalıdır.