Fövqəladə 27 SENTYABR ...

27 sentyabrda başlayan müharibənin zənnimcə, üç simvola çevrilən qəhrəmanı var. Birincisi, əlbəttə ki, qəhrəman qardaşlarımız-şəhidlərimiz və qazilərimizdir. İkinci qəhrəman o oğulları böyüdən analardır, atalardır! Qapılarına hətta yeganə oğlunun tabutu gələndə bayrağı qucaqlayan, “Vətən sağ olsun” deyib qamətin dik tutan atalar, “dayanmaq yoxdur, ancaq irəli...” deyən analardır qəhrəmanlar... Üçüncü qəhrəman bu prosesi əvvəldən-axıra mükəmməl aparan Prezident İlham Əliyevdir. Həmin günlərin Ali Baş Qəhrəmanı...      

“Bitdi! “Status-kvo” da, Qarabağa yüksək status da! Biz bu qara yara olan xalq üçün düşmənik, bunu heç bir status, heç bir birgə yaşayış dəyişdirə bilməz. Biz bunları son dığasınadək torpaqlarımzıdan çıxarmayanadək axan qanımız durmayacaq, analarımızın göz yaşları qurumayacaq. Ağır yoldur, amma şərəfli və Azərbaycana yaraşan yoldur. Başqa yol yoxdur!

27 sent 3.jpg (106 KB)

Biz illərdir niyə sülh istəyirdik? Çünki əsgər bizim insandır, bizim qandır, bizim xalqın oğludur. Bu qısırlar isə niyə müharibəyə həvəslidirlər, bilirsiz səbəbini. Ölən əsgərin əksəriyyəti bunlardan deyil. Livandan, Suriyadan, hansı “yanlar”dan gətirib ordu qurublar. Ermənistan ordusu qısırların ordusudur, qorxaqların və pullu muzdluların ordusudur! Bir ordu ki, yad ölkədə gəbərir, işğal etdiyi torpaq ona heç vaxt rahat məzar da olmaz. Bu ordu heç vaxt qalib də ola bilməz. Çünki haqqın, hüququn tərəfində deyillər, çünki zorla məskunlaşdıqları Şuşa, Ağdam, Laçın onlara heç zaman doğma yurd ola bilməz. Çox tezliklə başlarına dörd bir tərəfdən od yağanda qaçmağa dəlik axtaracaqlar. O qaçacaqları “dəliyi”-Laçın koridorunu da bağlamaq lazımdır, nəyin bahasına olursa-olsun...” 

 

Bir il əvvəl, 27 sentyabrda yazmışam bunları... Hələ qarşıda bizə neçə-neçə həyəcanlı, kədərli, sevincli günlərin gözlədiyini bilmədən yazmışam. Aman Allah, Laçına necə uzun bir yol vardı, Şuşa neçə əlçatmaz idi...Amma ordumuza güvənərək bunları yazmışam! Prezident Əliyevin qətiyyətinə inanraq yazmışam! Daha bir simvol qəhrəman da o içimizdəki inam idi...

27 sent 2.jpg (385 KB)

27 sentyabrda başlayan hərbi əməliyyatların hələ 44 günlük müharibəyə doğru getdiyini bilmirdik, “yenə ordumuzu məlum paytaxtalardan 2016-nın apreldəki kimi dayandıracaqlar, durdulacaqlar...” düşüncəsi də var. Amma həmin gün bütün əlamətləri ilə fərqli idi- fövqəlhadisələrin başlanğıcına  işarə idi... 

Dərhal içimizdə bir işıq yarandı-zatən o heç vaxt sönməməmişdi, yoxsa bu illəri yaşaya, duruş gətirə bilməzdik. İşıq getdikcə daha güclənməyə, içimizdəki illərin buzunu əritməyə başlatdı. Millət olaraq oyanmağa başladıq, kəndlərimiz, qəsəbələrimiz azadlığa qovuşduqca, biz də özümüzə qayıtdıq. Özümüzü bir daha tanıdıq. Atəşkəs sazişi kölgəsi altında illərdir özünü sübut etmək üçün fürsət gözləyən qəhrəman igidlərin obrazları da üzə çıxdıqca, heyrətləndik də! “Bu, bizik” dedik! 

27 sent 4.jpg (7 KB)

Dünyanın gözü bizdə idi. Torpaqların işğaldan azad edilməsi elə bir dövrə təsadüf edirdi ki, bəzi ölkələrdə pandemiya səbəbindən insanlar evlərindən bayıra çıxa bilmirdilər. Azərbaycan isə dağ-dərələrdə müharibə aparırdı! Koronavirusdan da təhlükəli bir bəla, xəstəliklə həm də-erməni bəlası, erməni faşizmi ilə. 

Qələbəmizi istəyənlər barmaq hesabı idi, Türkiyə qardaşlıq bayrağını qaldırmışdı, Pakistan yanımızda idi... sonra? Müqəddəs işimizə-torpaqlarımızı işğaldan azad etməyimizə qarşı olanlar vardı, aşkarda da,  gizlində də. Ermənistan ordusunu çöküşünü görürdülər, bu məğlubiyyət prosesini durdurmaq üçün çalışırdılar. Bütün dünya mediasını səfərbər etmişdilər, başımıza yağan, cocuqlarımızı öldürən raketləri görməzdən gəlirdilər, erməninin bir itiyi üçün isə qara bağlayırdılar, hay-küy salırdılar. Alınmadı. Bacarmadılar. Durdura bilmədilər! 

27 sent 1.jpg (77 KB)

Ermənistan 30 ilə yaxın davam edən işğala görə haqq etdiyi cəzanı aldı! Azərbaycan bu müharibədə təkcə torpaqlarını, şərəf şəhərimiz Şuşan erməni caynağından qurtarmadı, yüz illik erməni xəyalların ayağının altında bir əski parçası kimi silib kənara atdı, erməni mifini dağıtdı, erməni lobbisinin belini qırdı. Bizim 30 ilimizi yedilər, əvəzində isə 100 illik tarixi zərbə aldılar. Ermənistan dağılmış ordusunu kənar dövlətlərin köməyi ilə toparlaya bilər, dağılmış iqtisadiyyatlarını da bir təhər  yoluna qoya bilər. Amma bir daha o xəyalları-hansı ki, bu milləti ayaqda saxlayırdı- geri qaytara bilməz!  

кекек.jpg (158 KB) 

27 sentyabrda başlayan işimiz davam edir. Qarşıda görüləcək çox işlər var. O torpaqlarımızdakı hələ də qalıblar, müvəqqəti köçərilərdir. Bu dəfə özləri gedəcəklər, burda duruş gətirə bilməyəcəklər. Bir il əvvəl Şuşaya və digər torpaqlarımıza getmək bizə xəyal kimi idi, indi bu gerçəkliyi yaşayırıq... 

Nazim SABİROĞLU,
Musavat.com     






Fikirlər