“Cəbhədə vəziyyət çox dəhşətdir”

 

63232Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması bütün region üçün böyük əhəmiyyət kəsb edir. ANS PRESS-in məlumatına görə, bunu Bakıda olanATƏT-in Minsk qrupununamerikalı həmsədri Ceyms Uorlik bu barədə açıqlama verib. Həmsədr bildirib ki, Minsk qrupu gələcək nəsillər naminə sülhə nail olmalıdır.
“Sülh hər iki xalqa fayda verəcək. Azərbaycan və Ermənistan xalqları bir-birini tanımaq üçün əlaqə yaratmalıdırlar. Mən bizim ünvanımıza səsləndirilən tənqidləri anlayıram. Biz bu münaqişəni həll etmək üçün öz gücümüz daxilində hər şeyi edirik. Vacib olan bizim bəyanatlarımız deyil, dövlət başçılarının atdığı addımlardır”, deyə Uorlik deyib.
Ceyms Uorlikin sözlərinə görə, həmsədrlər Azərbaycan və Ermənistan prezidentləri ilə görüş zamanı bildiriblər ki, onlar öz xalqlarını müharibәyә deyil, sülhә hazırlamalıdır.
Uorlik bildirib ki, prezidentlәr regionda yaşayan bütün xalqlara müraciәt etmәlidir: “Müraciət isə bundan ibarət olmalıdır ki, sülhә hazır olsunlar. Bu münaqişәnin nizamlanması yeni dövrә qәdәm qoyacaq vә regionun inkişafı üçün әhәmiyyәt kәsb edir. Cәnubi Qafqazda yaşayan xalqlar çәtin tarixә malikdir. Ümid edirәm ki, bu münaqişәnin hәlli hәr iki xalqı irәli aparacaq. Hәr iki ölkәnin xalqları arasında әlaqә yaradılmalıdır vә onlar gәlәcәkdә birlikdә yaşamağı bacarmalıdır”.
Amerikalı həmsədrin sözlərinə görə, İlham Əliyev və Serj Sarkisyan ilin sonuna qədər görüşmək niyyətində olduqlarını bildiriblər.
Hazırda görüşün təfərrüatları üzərində işlədiklərini deyən Uorlik bildirib ki, prezidentlər münaqişənin hərtərəfli həlli üçün ortaq yolu, eyni zamanda təmas xəttində atəşkəs rejiminin pozulmasını müzakirə etməlidirlər.
“Bugünkü vəziyyət iki il əvvəlki vəziyyətdən tamamilə fərqlənir. İlk dəfədir ki, biz təmas xəttində ağır artilleriyadan istifadənin şahidi oluruq. Bunun nəticəsində təəssüf ki, biz sivil vətəndaşların ölməsinin şahidi oluruq. Gərginlik gündən-günə daha da artır. Prezidentlərin görüşü zamanı gərginliyin artmasını müzakirə etməyi çox vacib hesab edirəm. Biz həmçinin xalqlar arasında etimad tədbirlərinin gücləndirilməsi, icmalar arasında dialoqun yaradılmasını da müzakirə etməlidirlər”, deyə amerikalı həmsədr vurğulayıb.

Ceyms Uorlik – ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri

Təmas xəttində vəziyyətin dəhşət olduğunu deyən Uorlikin sözlərinə görə, münaqişәnin sülh yolu ilә uzunmüddәtli hәlli tapılmalıdır: “Dünәn mәn tәmas xәttindә idim. ATӘT-in monitorinq qrupu ilә hәmin xәtti keçdik. Әgәr әvvәllәr bu vәziyyәtin nә dәrәcәdә tәhlükәli olması barәdә suallar var idisә, mәn orada yaşadığım tәcrübәdәn deyә bilәrәm ki, çox dәhşәtli vәziyyәtdir. Biz münaqişәnin sülh yolu ilә uzunmüddәtli hәllini tapmalıyıq. Mәn hәmsәdr həmkarlarımla tәhlükәsiz yerdә idim. Lakin ATӘT-in iki әmәkdaşı tәhlükәli yerdә idilәr vә gizlәnmәyә yer axtarırdılar. Sevinirәm ki, onlar xәsarәt almayıb”.
Bu kimi insidentlәr qәbuledilmәz olduğunu bildirən həmsədr bildirib ki, bu hadisә barədə ATӘT ekspertlәri ilә müzakirә aparanda onlar dedilәr ki, atәşin hansı tәrәfdәn açıldığını müәyyәnlәşdirmәk mümkün deyil: “Onlar bu işin mütәxәssislәridir. Lakin atәş açılanda onun haradan gәldiyini müәyyәnlәşdirmәk çәtindir”.






Fikirlər