Badamdar qəsəbəsində Bayraq günü tədbiri keçirilib - FOTO

 

Tədbir Dövlət himninin ifası ilə başlanılıb.

 

Səbail rayonunun Badamdar qəsəbəsindəki Heydər Əliyev parkında  Dövlət Bayrağı gününə həsr olunmuş «Bayrağımız – qürur mənbəyimizdir» adlı ədəbi-bədii tədbir keçirilmişdir. 

Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri İsrafil Kərimov Oxu.Az-a bildirib ki, böyük insan kütləsinin toplaşdığı, qəsəbə sakinlərinin, buradakı orta və məktəbəqədər təhsil müəssisələri kollektivlərinin, digər təşkilatların nümayəndələrinin, həmçinin Səbail rayon İcra Hakimiyyətinin Başçısı Eldar Əzizovun,  rayon ictimaiyyətinin və çoxsaylı qonaqların iştirak etdiyi  tədbir Müdafiə Nazirliyinin hərbi orkeçtrinin müşayəti ilə Azərbaycan Respublikasının Dövlət himninin ifası ilə başlamışdır. 

Xüsusi olaraq tədbir üçün tikilmiş böyük ölçülü Azərbaycan Respublikasının Dövlət Bayrağının kursantlar tərəfindən təntənəli şəkildə parka gətirilməsi, hərbi geyimli məktəblilərin sıra keçidi, məktəblilərin canlı şəkildə 9 Noyabr – Dövlət Bayrağı günü sözünü qurmaları tədbirə xüsusi rəng  qatmışdır. 

 

 






Fikirlər