“RUSİYA 3 QOLDAN UKAYNAYA HÜCUM ETMƏYƏ HAZIRLAŞIR” - “Plana Putin şəxsən özü nəzarət edir”

“Rusiya Ukrayna cəbhəsində böyük hücumlara hazırlaşır. Onlar 3 qoldan - şimalda Belarus, cənubda isə Krım və Qara dənizdən hücuma keçməyi planlaşdırırlar”.

“AzPolitika.info” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin keçmiş müşaviri Andrey İlarionov bildirib.

İlarionov Rusiyanın müharibənin ildönümünü gözləmədən yaxın günlərdə Ukraynaya qarşı “Böyük Stalinqrad əməliyyatı”na başlayacağını idda edib.

O, bildirib ki, Rusiya Prezidenti Vladimir Putin bu yolla Ukraynaya Qərbdən gələn silah yardımlarını tamamilə kəsməyi və Kiyev administrasiyasını daxildən boğmağı planlaşıdırır: “Rusiya yenidən Ukraynaya tam gücü ilə hücum etməyə hazırlaşır. Hesab edirəm ki, Ukraynadakı müharibə qarşıdakı günlərdə yeni fazaya keçəcək. Rusiya iqtisadiyyatının uzun illər davam edən müharibəyə tab gətirə bilməyəcəyini anlayan Putin, təkcə Donbasla kifayətlənməyəcək”.

Putinin hədəfi Kiyev, Donbas, Xarkov və ya Zaporojye bölgələrini ələ keçirmək deyil. Onun əsas məqsədi Ukraynaya xaricdən silah daşınmasını dayandırmaq və Qərblə əlaqəsini tamamilə kəsməkdir. Bunun üçün bu yaxınlarda Baş Qərargah rəisi Valeri Gerasimovu bu əməliyyatın başına gətirdi.

Nəticədə “Stalinqrad əməliyyatı” üç cəbhəyə bölündü. General Oleq Sulyukov qərb cəbhəsinin komandanlığına təyin edildi. Plana əsasən Belarus ərazisindən Ukraynaya daxil olacaq Sulyukovun komandanlığı altındakı rus qoşunları Lvov şəhərinə doğru hərəkət edəcək. Xaricdən gələn silahların daşındığı əsas marşurut xətti məhz bu bölgədən keçir.

İkinci cəbhə Qara dəniz regionu və Krımdan açılacaq. İkinci cəbhənin komandanlığı isə general Aleskey Kimə həvalə olunub.

Üçüncü cəbhəyə isə general Sergey Surovik başçılıq edir. Ona verilən tapşırıq Donbasın müdafiəsini tam yararaq, Zaporojye və Xarkov istiqamətində irəliləməkdir” - deyə, o, bildirib.

 

 

A. İlarionovun sözlərinə görə, plana şəxsən Putin özü nəzarət edir: “O, sentyabr ayından bəri bütün Ukraynanın necə nəzarət altına alınacağını planlaşdırır. Hazırda Putinin böyük müharibəyə hazırlaşdığını görməmək mümkün deyil. Yeni ildən sonra onlarla desant gəmisi Rusiyanın Novorosisk limanını tərk edərək, açıq dənizlərə göndərilib. Burada məqsəd Rumıniya, Moldova, Ukrayna üçbucağını dağıtmaqdır.

Putinin 2022-ci ildə böyük müharibəyə başlamaq üçün saxladığı 200 min əsgərin əvəzinə indi 600-700 min əsgəri var. Düşünrəm ki, bu qüvvələr Gerasimovun koordinasiyası əsasında idarə olunarsa, Putin Kiyevin Qərblə əlaqəsini kəsmək planını tezliklə gerçəkləşdirə biləcək”.

 






Fikirlər