Kılıçdaroğlu uduzmağa məhkumdur, Ərdoğan isə... - ŞOK TƏHLİL...

Ərdoğan qalib gəlməyə hazırlaşır, Kılıçdaroğlu isə uduzmağa məhkumdur”.

"AzerTaym.az" musavat.com-a istinadən xəbər verir ki, bu fikirlər İngiltərənin “The Economist” jurnalının məqaləsində öz əksini tapıb.

Kılıçdaroğlunun seçkilərin ikinci turuna gedən yolda apardığı kampaniyanı tənqid edən jurnal onun öz gözləntilərdən çox geri qaldığını yazıb.

Məqalədə qeyd olunub ki, Kılıçdaroğu ilk turda qalib gəlməyə ümid edirdi, lakin məğlubiyyətdən çətinliklə xilas oldu.

Mayın 14-dən əvvəl Kılıçdaroğlunu tərifləyən və “Ərdoğan getməlidir” deyən jurnal CHP sədrinin “Hakimiyyətə gələn kimi bütün qaçqınları evlərinə göndərəcəyəm” sözünə diqqət çəkib və Kılıçdaroğlunun 10 milyon suriyalı ilə bağlı iddialarını yalanlayıb. Müxalifət liderinin “Ərdoğan qalsa, Türkiyəyə 10 milyon daha gələcək” iddiasının heç bir əsası olmadığı vurğulanıb.

Kılıçdaroğlunun bu addımının “təcili seçki strategiyası” olduğu və məhdud uğur qazandığı bildirilib.

"HDP-nin dəstəyi olmasaydı, Kılıçdaroğlunun heç vaxt qalib gəlmək şansının olmayacaqdı” - “The Economist” yazır.






Fikirlər