Putin və Zelenski Türkiyəyə gedir...

Putin və Zelenski Türkiyəyə gedir

Rusiya Prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenskinin Türkiyəyə səfəri gözlənilir.

“CNN Turk” xəbər verir ki, Putin və Zelenskinin yenidən Türkiyə Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın iyunun 3-də keçiriləcək andiçmə mərasimdə iştirak edəcəyi iddia olunur. 

Səfər ərəfəsində Ərdoğanın hər iki liderlə ayrı-ayrılıqda görüş keçirəcəyi deyilir. Görüşlərdə əsas müzakirə mövzusu taxıl dəhlizi və Ukraynadakı müharibənin gedişatı olacaq. 

Hələlik səfərlə bağlı rəsmi açıqlama verilməyib. 






Fikirlər