"ORDUMUZ SEPARATÇILARIN MÜDAFİƏ XƏTTİNİ YARIB" - Hikmət Hacıyev AÇIQLADI...

 

“Azərbaycan Ordusu separatçıların müdafiə xəttini yarıb”.

Bu məlumatı Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Reuters" agentliyinə müsahibəsində açıqlayıb.

O bildirib ki, Azərbaycan qüvvələri Qarabağda Ermənistan silahlı qüvvələri ilə təmas xəttini bir neçə yerdə yarıb və strateji məqsədlərinə çatmaq əzmindədir.

“Qarabağda qeyri-legitim hərbi infrastruktur tamamilə məhv edilənə qədər Azərbaycan Respublikasının hərbi əməliyyatları davam edəcək” - Prezidentin köməkçisi əlavə edib.






Fikirlər