“Reyqan öz partiyasının Putinə at oynatmağa yol verdiyini görsəydi, məzarda çevrilərdi...”

“Reyqan öz partiyasının Putinə at oynatmağa yol verdiyini görsəydi, məzarda çevrilərdi...”

ABŞ Senatındakı demokratların lideri Çak Şumer respublikaçıları Ukraynanı dəstəkləməyə və onların siyasətlərinin ABŞ-ın maraqlarına uyğun olub-olmadığını düşünməyə çağırıb.
 
Moderator.az xəbər verir ki, “Obozrevatel”in yaydığı məlumata görə, Şumer çıxışı zamanı ABŞ-ın 40-cı prezidenti, Respublikaçılar Partiyasının keçmiş nümayəndəsi Ronald Reyqanı xatırlayıb.
 
"Ronald Reyqan öz partiyasının Putinə Avropada at oynatmağa imkan verdiyini görsəydi, məzarında çevrilərdi"- deyə senator vurğulayıb.
 
Şumer əmindir ki, Konqres Ukraynaya yardımla bağlı razılığa gəlməsə, bu, dönüş nöqtəsi ola bilər. Çünki bu halda Qərb öz öhdəliklərini yerinə yetirməyəcək və Rusiya Federasiyasındakı avtokratik rejimə təslim olacaq.
 
Şumer Respublikaçıların sərhəddəki mövqeyini “girov götürməyə cəhd” adlandırıb.
 
Öz növbəsində respublikaçı senatorlar Ukraynaya yardımı dəstəklədiklərini, lakin ilk növbədə hakimiyyətin sərhəd siyasətində güzəştə getməli olduqlarını bildiriblər.
 
"Əgər onlar (demokratlar - red.) Ukrayna və İsrail üçün pul istəsələr, sərhədi bağlamayınca pulu ala bilməyəcəklər. Onlar üçün sərhədi açıq saxlamaq Avropa və ya Yaxın Şərqin təhlükəsizliyindən daha vacibdir. Və bu, məni təəccübləndirir”, -rRespublikaçı senator Mitt Romni belə deyib.
 
Xatırladaq ki, dünən Ukrayna, İsrail və Tayvana yardım göstərilməsi ilə bağlı qanun layihəsi ABŞ Konqresinin Senatında prosessual səsvermədən keçməyib.
 
S.Laçın






Fikirlər