“Forbes” onları dünyanın ən güclü qadınları seçdi - SİYAHI
“Forbes” jurnalı 2023-cü il üçün dünyanın ən güclü 100 qadınının siyahısını dərc edib. “Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalın saytında məlumat dərc edilib. Siyahıda birinci yeri Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, ikinci yeri Avropa Mərkəzi Bankının Prezidenti Kristin Laqard, üçüncü yeri ABŞ vitse-prezidenti Kamala Harris, dördüncü yeri isə İtaliyanın Baş naziri Giorgia Meloni tutub. Siyahıda dünya ulduzlarından Taylor Svift və Beyonse kimi qadınlar da yer alıb. Həmçinin, bu il də ilk 100-ə girməyi bacaran yeganə türk qadın Gülər Sabancı olub.