Kəmaləddin Heydərov Qazaxıstan FHN-in bir qrup əməkdaşını təltif etdi...
2024-cü ilin dekabrın 25-də “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Bakı-Qroznı istiqamətində uçan təyyarəsinin Qazaxıstanın Aktau Beynəlxalq Hava Limanı yaxınlığında qəzaya uğraması ilə əlaqədar aparılan qəza-xilasetmə əməliyyatında iştirak etmiş Qazaxıstan Respublikası Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşı Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov tərəfindən təltif olunub. AzerTaym.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib. - Seytalin Azamat Serikoviç - Aminov Timur Vladimiroviç - Aydarov Kani Manapoviç - Karayev Sayasat Musayeviç - Kenjeqaliyev Majit Serikbayeviç - Kulxanov Azımbek Şındauletoviç - Kuzembayev Erbol Axmetoviç - Mendibayev Naurızbek Erlanulı - Nuqumanov Ardak Koyşibekoviç - Tleuberqenova Ayman Mınbayevna