Trampdan ŞOK etitraf: Ruslar bunu bizdən oğurladı

Trampdan ŞOK etitraf: Ruslar bunu bizdən oğurladı

Rusiya Barak Obama hakimiyyəti dövründə ABŞ-dan hipersəsli raket layihəsini oğurlayıb.

Ölkə.Az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp  belə bir iddia ilə “Fox News” telekanalına müsahibəsi zamanı  çıxış edib.


Tramp bildirib ki, hadisə Barak Obamanın prezidentliyi dövründə baş verib və kimsə gizli məlumatları ruslara sızdırıb.

"Ruslar layihəni oğurlayıb,  onlar bu layihəni bizdən alıb. Onlara layihəni hansısa pis adam verib... Onlar bunu Bayden yox, Obama  hakimiyyəti dövründə oğurlayıblar. Görünür, Baydendən çox şey oğurlayıblar, amma biz bunu da eşidəcəyik", - Tramp qeyd edib.
Bununla belə Tramp bildirib ki,  ABŞ səsdən sürətli raketlərə sahib olacaq: "Mən buna söz verirəm və bu tez bir zamanda olacaq".






Fikirlər