İlham Əliyev Tovuzdadır - FOTO+YENİLƏNİB

“İlham Əliyev Tovuzdadır - Foto+YenilənibAzərbaycan Prezidenti İlham Əliyev fevralın 16-da Tovuz rayonuna səfərə gəlib.

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, dövlət başçısı əvvəlcə Heydər Əliyevin Tovuz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov dövlət başçısına məlumat verib ki, Heydər Əliyev Parkında geniş abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb. Burada əhalinin istirahəti üçün hər cür şərait yaradılıb.

***

İlham Əliyev Tovuz şəhər 7 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.

Dövlət başçısı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.

İkimərtəbəli binada müasir təlim-tərbiyə qaydalarına riayət olunmaqla beş qrup fəaliyyət göstərəcək. Bağçada uşaqların istirahəti və əyləncəsi üçün geniş imkanlar var. Burada 35 nəfərin işlə təmin edilməsi nəzərdə tutulub. Bağçanın ərazisində əyləncə meydançaları yaradılıb, attraksionlar quraşdırılıb.

***

İlham Əliyev Tovuz rayonuna səfəri çərçivəsində Tovuzçay su anbarının açılışında iştirak edib.

“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə dövlət başçısına həyata keçirilən işlər barədə ətraflı məlumat verib.

Sonra Prezident Tovuz rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Dövlət başçısı Tovuzçay su anbarını işə salıb.

 

İlham Əliyev Tovuzdadır - Foto+Yenilənib
İlham Əliyev Tovuzdadır - Foto+Yenilənib
İlham Əliyev Tovuzdadır - Foto+Yenilənib
İlham Əliyev Tovuzdadır - Foto+Yenilənib

 






Fikirlər