ƏRDOGAN PUTİNİ bu siyasətdən çəkinməyə çağırdı

Ərdoğan Putini bu siyasətdən çəkinməyə çağırdıƏrdoğan Rusiyanı Suriyada hərbi cinayətlər törətməkdən çəkinməyə çağırıb.

Ölkə.az xəbər verir ki, dünən gecə paytaxt Ankarada baş vermiş terror aktını şərh edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya məsələsinə də toxunub.

Ərdoğan PYD-nin terror təşkilatı olduğunu və Türkiyənin Suriya ərazisində yeni Kandil dağının yaranmasına icazə verməyəcəyini bildirib. O, qeyd edib ki, PYD və YPG-nin mövqeləri türk ordusunun hədəfindədir və onlara Hələbi blokadaya almaq imkanı verilməyəcək.

Daha sonra Rusiyanın Suriyadakı bombardmanlarına toxunan Ərdoğan Moskvanın hərbi cinayətlər törətdiyini vurğulayaraq Putini bu təhlükəli oyundan çəkinməyə çağırıb.






Fikirlər