QARABAGDA müharibə İKİ səbəbə GÖRƏ başlayır - “International Crisis Group”

“Dağlıq Qarabağ münaqişəsində mümkün müharibə gözləniləndir”.

Publika.az xəbər verir ki, bu haqda “International Crisis Group” analitik mərkəzi yazır.

Mərkəz qeyd edir ki, Qərb ölkələri 22 il boyunca bu münaqişəni “dondurulmuş” adlandırır: “Baxmayaraq ki, müşahidəçilər son dövrlər gərginliyin artdığı haqda xəbərdarlıqlar edirlər. Münaqişənin həllinə beynəlxalq təşkilatların çoxsaylı qətnamələri təsir etmir və tərəflərdən heç biri güzəştə getmək fikrində deyil”.

Analitik mərkəz Qarabağda müharibənin başlaması ehtimalını bir sıra səbəblərə görə real hesab edir.
“Birinci amil Rusiya və Türkiyə arasında münasibətlərin pisləşməsidir. Məsələ ondadır ki,  hazırda üz-üzə gələn Türkiyə Azərbaycana, Rusiya isə Ermənistana yaxındır. Belə olan halda iki regional güc arasında gərginliyin artması Qarabağda müharibə təhdidini gücləndirir.

 İkinci amil İranın beynəlxalq səhnəyə qayıdışıdır. İran həm Ermənistan, həm də Azərbaycanla həmsərhəddir. Tehran münaqişədə vasitəçi olmaq istəyir. Lakin bunun necə baş verəcəyi aydın deyil. Çünki İran ənənəvi olaraq Ermənistanla isti münasibətlərə malikdir və Azərbaycanla bir sıra sahələrdə rəqabət aparır. Mümkündür ki, Tehran münaqişənin həllində rol almaq üçün gərginliyi dəstəkləsin”, - deyə mərkəz qeyd edir.  

“International Crisis Group” bu səbəbləri və regionda yaranmış situasiyanı nəzərə alaraq, Qarabağ münaqişəsini mümkün qədər tez həll etməyin vacibliyini vurğulayır.

AzerTaym.az






Fikirlər