Pakistanda güclü partlayış: 65 ölü, 300 yaralı - YENİLƏNİB - VİDEO - FOTO

23:59

Pakistanın Pəncab vilayətindəki Lahor şəhərində, "Gülşəne Eqbal Park" lunaparkında törədilmiş terror aktında həlak olanların əksəriyyəti  qadınlar və uşaqlardır.

Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, parkın girəcəyindəki avtomobil dayanağındakı partladıcı qurğunu "canlı bomba" işə salıb.

Bazar günü olduğundan parkda çoxlu adam vardı.

Pakistanın baş naziri Nəvaz Şərif teraktda həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralılara bütün gərəkli tibbi yardım göstəriləcəyini deyib.

Terakta görə məsuliyyəti "Təhrike Taliban Pakistan"la bağlı olan "Cəmaat ül Əhrar"qruplaşması öz üzərinə götürüb və "hədəfimiz xristianlar idi" deyib.

Pəncab vilayətinin qubernatorunun göstərişi ilə bütün ictimai parklar bağlanıb. Vilayətdə üç günlük matəm elan olunub.

23:14

Pakistanın Lahor şəhərində baş vermiş partlayışa görə məsuliyyəti "Taliban" hərəkatı ilə əlaqəli olan silahlılar öz üzərinə götürüb.

APA-nın məlumatına görə, bu barədə Reuters agentliyi xəbər verib.  


 
Terrorçu-kamikadze tərəfindən parkda törədilən partlayış nəticəsində 65 nəfər ölüb, 280 nəfər yaralanıb.
 
Ölənlərin əksəriyyətinin qadın və uşaqlar olduğu bildirilir.

----------

21:47

Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, Pakistanın şimal-şərqində yerləşən Lahor şəhərində baş verən partlayışda 65 nəfər ölüb, 300 nəfərə yaxın insan yaralanıb.

Ölənlərin çoxu qadınlar və uşaqlardır.

---------

19:44

Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, Pakistanın şimal-şərqində yerləşən Lahor şəhərində baş verən partlayışda azı 53 nəfər ölüb, 100 nəfər yaralanıb.

-------






Fikirlər