27.05.2014.- "Işdən çıxarılma səlahiyyəti ancaq cənab prezidentə aiddir!"

27.05.2014.- "Işdən çıxarılma səlahiyyəti ancaq cənab prezidentə aiddir!"Son vaxtlar Azərbaycan Müəllimlər İnstitutunun bəzi yerli filiallarında yaşanmış məlum problemlərdən dolayı ictimai rəydə yaranmış ajıotajla bağlı sözü gedən İnstitutun direktoru,millət vəkili Aqiyyə Naxçıvanlı hətta guya vəzifədən gedəcəyi haqqında da yayılan şayiələrlə əlaqədar açıqlama verib.
O, verdiyi açıqlamada məlumatın yalan olduğunu, bunu onu istəməyən adamların və "qüvvələrin" bilərəkdən uydurduğunu qeyd edib.
"Əslində bütün bunlar Azərbaycanda bu gün özünü müstəqil media adlandıran,amma həqiqətdə kimlərinsə maraqlarına "xidmət edən",ayrı-ayrı adamları və dövlət məmurlarını şantaja,böhtana məruz qoyan bəzi "saytların","qəzetlərin" gündəlik "məhsuludu"....Yəqin ki,sular tezliklə durulacaq və çirkin niyyətli bu "adamlar" da ədalət qarşısında öz layiqli cavablarını alacaqlar.O ki, qaldı işdən çıxmağıma,qələt edirlər yazırlar. Onlar kimdir ki, məni vəzifəmdən çıxarırlar, basqasını qoyurlar. Rektorun işdən çıxarılması səlahiyyəti cənab prezidentə aiddir. Cənab prezident kim məsləhətdi onu çıxaracaq, kim məsləhətdi işləyəcək.Ona görə də, nə yazırlar yazsınlar artıq belə cəfəngiyyatlara çoxdan öyrəşmişik.Bir də ki.mən həmişə onu yazanları Universitetə dəvət etmişəm və bu gün də edirəm. Gəlsinlər... nə görürlər gedib onu da yazsınlar yoxsa ağızlarına,ağıllarına gələnləri gedib uydurub yazmasınlar”- deyə rektor Aqiyə Naxçıvanlı bildirib


27.05.2014.- "Işdən çıxarılma səlahiyyəti ancaq cənab prezidentə aiddir!"









"AzerTaym.az"






Fikirlər