Deputatlığa azərbaycanlı namizəd güllələndi - İki dostu və QAYINATASI ilə BİRLİKDƏ

Deputatlığa azərbaycanlı namizəd güllələndi

Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun Qızılhacılı kəndində deputatlığa namizəd güllələnib.

AzerTaym.az “Report”a istinadən xəbər verir ki, hadisə oktyabrın 19-da axşam saatlarında baş verib.

Yaralanan şəxs “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasından rayon bələdiyyə üzvlüyünə namizədliyi majoritar qaydada irəli sürülən Ceyhun Çovdarovdur.

Hadisə Qızılhacılı kəndindəki seçki qərargahının önündə baş verib.

Məlumata görə, deputatlığa namizədin dostları - Anar Məmişov, Vüqar Bayramov və C. Çovdarovun qayınatası Azad Çobanov da güllə yarası alıblar.

Hadisəni törədənlər haqqında məlumat verilmir.

Yaralılar təcili olaraq xəstəxanaya çatdırılıb. Onların səhhəti ilə bağlı məlumat verilmir.

Gürcüstan DİN-i faktla bağlı araşdırma aparır.






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi