Pərvin Səfərov: "Az öncə HƏR KƏS məni təbrik edirdi, lakin SONRAdan..."

 İfaları ilə təkcə Azərbaycanda deyil, Türkiyədə də məşhurlaşan çoban Pərvin Səfərov “O səs Türkiyə” yarışmasının 3-cü turundan keçə bilmədi.

Beləliklə həmyerlimizin ifa etdiyi “Değme benim gamlı yaslı gönlümə” adlı türk mahnısı ona uğur gətirmədi və ifaçı yarışmadan uzaqlaşdırıldı. Pərvin Səfərov yarışma ilə bağlı təəssüratlarını musavat.com-a bölüşüb:

- “Heç vaxt Türkiyədə olmamışdım. “O səs Türkiyə” nin sayəsində Türkiyədə, İstanbulda oldum. Bildiyiniz kimi Acun mənə söz vermişdi ki, ikinci tur ərəfəsində İstanbulun görməli yerlərini gəzdirəcəklər. Beləliklə şəhərin ən görməli yerlərini gəzdim, tarixi abidələri gördüm. 

Yarışmanın sayəsində həmçinin yeni insanlarla tanış oldum, iştirakçılarla dost oldum. Məni orada çox sevdilər və mənə qarşı xüsusi diqqət var idi. İştirakçıların özləri də məni çox sevirdilər və sonrakı tura keçəcəyimə inanırdılar.

Sözün düzü bu tura qədər gəlmək, ümümiyyətlə yarışmada iştirak etmək mənim üçün gözlənilməz oldu. Çox istərdim ki, bu mənim üçün davamlı olsun. 

- Maraqlıdır ki, son iki mərhələdə yanlız türk mahnısı ifa etdiz. Bu sizin, yoxsa, münsiflərin seçimi idi?

- İkinci türda məndən 3 mahnı istədilər. Onların arasında Azərbaycan mahnısı da var idi. Lakin türk mahnısını seçib mənə göndərdilər. 3-cü turun seçimləri üçün isə, özləri “Değme benim gamlı yaslı gönlümə” mahnısını seçib, onu oxumağımı istəmişdilər. 

- Bu seçim sizi qane edirdi?

- Bir qədər gözlənilməz oldu. Amma heç də pis mahnılar deyil, ürəyimcə olmuşdu. 

- Sizcə 3-cü tura keçməməyinizin səbəbi mahnı seçimi ilə bağlı ola bilərmi?

- İkinci turu başa vurduqdan sonra xəstələnmişdim. Düşündüm ki, yarışmanın növbəti turu arasında heç olmasa 10-15 gün fərqi olar. Amma göləznilmədən tez bir zamanda 3-cü tur keçirildi. Səhhətimdə problemlər var idi. Ola bilsin ki, bu da performansıma təsir etdi. Amma rəqbim də güclü idi. Hərhalda, türk mahnısını nə qədər bacarıqlı oxusam da, türkər qədər şirin ifa edə bilmərəm. Təbii ki, öz yerli mahnılarımız olsaydı, daha yaxşı ifa edərdim. 

- Eyni vaxtda həm 2-ci tura keçməyinizin, həm də yarışmadan uzaqlaşdırılmağınızın həyəcanını yaşadıq...

- Az öncə hər kəs məni təbrik edirdi, lakin sonradan üzüldülər. Hazırda sosial şəbəkələrdə mənə çoxlu sayda izləyicilər yazır. Onların arasında türklər də çoxdur. Mənə yazıb bildirirlər ki, “Sonda seçilməsən də, sən bizim qəlbimizin çempionusan”. Bu da mənə qürur, sevinc verir. 

- Bəzən iddia edirlər ki, iştirakçılar arasında ayrı-seçkilik edilir. Siz necə düşünürsüz?

- Heç bir ayrı-seçkilik yox idi. Yaxşı ünsiyyət qurmaq hər bir iştirakçının özündən asılıdır. Şəxsən mən bütün iştirakçılarla eyni davranıldığının şahidi oldum.

- Bir ay öncə konservatoriyada məşqlərinizə başlamışdız, hansı ki, sizi ora qəbul etməmişdilər. Sonda nə baş verdi?

- Milli Konservatoriyanın rəhbəri Siyavuş Kərimi məni dəvət etdi. Bildirdi ki, qeyri-rəsmi də olsa konservatoriyada məşqlərimə başlayım. Yəni, oradakı məqşlərimin “O səs Türkiyə”yə aidiyyatı yoxdur. Hazırda əməkdar artist Anar Şuşalıdan vokal dərslər alıram. Doğrudur, yarışmaya görə və xəstələnməyimin ucbatından bir aydır ki, məqşlərimi dayandırmışam. Lakin bundan sonra artıq davamlı olaraq dərslərə gedəcəm. 

- Türkiyədən konsert təklifləri, dəvətlər aldınızmı?

- Əlbəttə, həm iş həm də təhsillə bağlı təkliflər oldu. Lakin bütün bunlar üçün maddi imkanlar lazımdır. 

- Gələcək planlarınız nədir?

- Sözün düzü bu cür uğursuzluqlar məni həvəsdən salır. Bilrisiz ki, konservatoriyada təhsil alamaq istəyirdim, lakin alınmadı, həvəsdən düşdüm. Lakin sonradan toparlanıb “O səs Türkiyə” yarışmasına getdim, lakin burada da sonuncu turdan keçə bilmədim və yenə də həvəsdən düşdüm... Amma dostlarım mənə təsəlli verir. Arzum budur ki, tezliklə yeni mahnılar üzərində işləyim, pərəstişkarlarıma yeni mahnılar təqdim edim”. 
Musavat.com

 






Fikirlər