Ramil Usubov Səudiyyə ƏRƏBİSTANDA səfərdə olub

Daxili işlər naziri Ramil Usubovun başçılıq etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının daxili işlər naziri Əbdüləziz bin Səud bin Naif bin Əbdüləzizin dəvəti ilə bu ölkədə rəsmi səfərdə olub.

Nazirliyin mətbuat xidmətindən musavat.com-a verilən məlumata görə, Azərbaycan nümayəndə heyəti ilə krallığın daxili işlər naziri arasında görüş keçirilib.

Krallığının daxili işlər naziri ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın genişləndiyini vurğulayıb.

R. Usubov isə səfərin nazirliklərarası əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini bildirib.

AzerTaym.az






Fikirlər