Baş Prokurorluqda YENİ TƏYİNAT

Baş Prokurorluqda YENİ TƏYİNATBaş prokuror Zakir Qaralov əmr imzalayıb.

Əmrə əsasən, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi Elşən Abbasov tutduğu vəzifədən azad edilərək Baş Prokurorluqda Milli Təhlükəsizlik və Fövqəladə Hallar Nazirlikləri, Dövlət Sərhəd Xidmətinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi vəzifəsinə təyinat alıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov yeni təyinat barədə məlumatı APA-ya təsdiqləyib.

Qeyd edək ki, bir neçə gün əvvəl Baş Prokurorluqda Milli Təhlükəsizlik və Fövqəladə Hallar Nazirlikləri, Dövlət Sərhəd Xidmətinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Rasim Hacıyev tutduğu vəzifədən azad edilərək Yasamal rayon prokuroru vəzifəsinə təyin edilib.






Fikirlər