DAXİLİ QOŞUNLARDA YOXLANIŞ - FORMULA 1 HAZIRLIĞI

Daxili Qoşunlarda yoxlanış - Formula 1 hazırlığı

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bakı şəhərində yerləşən “N” saylı hərbi hissəsində “Formula-1 Azərbaycan Qran Pri” yarışında xidmətin aparılmasına hazırlıq yoxlanılıb

AzerTaym.az xəbər verir ki, daxili işlər nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədovun iştirakı ilə keçirilən tədbirdə yarış zamanı digər hüquq-mühafizə orqanları ilə birlikdə ictimai qaydanın qorunmasına və ictimai təhlükəsizliyinin təmin olunmasına cəlb ediləcək hərbi qulluqçuların xidmətə hazırlığı, xüsusi vasitə, avadanlıq və rabitə vasitələri ilə təchizatı, təminat məsələlərinin həlli, eləcə də nəqliyyat vasitələrinin vəziyyəti yoxlanılıb.

Daxili Qoşunların Komandanına məruzə edilib ki, yarış ərəfəsində xidməti-döyüş tapşırıqlarının və müəyyən edilmiş vəzifələrin tam həcmdə yerinə yetirilməsi üçün planlaşdırılmış hazırlıq tədbirlərinin vaxtlı-vaxtında icrası təmin olunur. İlk növbədə müvafiq plan-hesab hazırlanaraq şəxsi heyətin xidmət sahələri üzrə bölgüsü aparılıb, digər hüquq-mühafizə orqanları ilə qoşunların birgə fəaliyyətinin əlaqələndirilməsi, tədbirin təşkilatçıları, aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqələrin təşkili məqsədilə baş idarəetmə mərkəzi yaradılıb. Yarışların təşkil olunacağı ərazi və obyektlərə baxış keçirilərək xidmətin təşkili baxımından təhlil olunub, aidiyyəti üzrə komandir heyəti xidmətaparma yerləri ilə əyani tanış edilib. Xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsinə cəlb olunan şəxsi heyətə tədbirin əhəmiyyəti, qanunçuluq, vətəndaşların hüquq və azadlıqlarının qorunması prinsipləri izah olunub, vəzifə borclarının icrasına məsuliyyətlə yanaşılması tələb olunub. Həmçinin, şəxsi heyətin daşınmasında nəqliyyat vasitələrinin sazlığına xüsusi diqqətin yetirilməsi və düzgün istismarının təşkilinə önəm verilməsi qeyd edilib.Qeyd olunub ki, hazırlıq mərhələsində həvalə edilən obyektlərin mühafizəsi, nəzarət-buraxılış məntəqələrində buraxılış rejiminin təmin olunması üzrə xüsusi məşğələlər keçirilir, xidmətə cəlb olunacaq qadın hərbi qulluqçuların da müvafiq məşğələlərdə iştirakı təmin edilib.

Sonra xüsusi təyinatlı bölmələrin, perimetr boyu xidmətin aparılmasına cəlb olunacaq şəxsi heyətin, o cümlədən qadın hərbi qulluqçuların xüsusi geyim formalarına və hərtərəfli təminatına, xüsusi vasitə və avadanlıqlarla, rabitə vasitələrilə təchizatına, nəqliyyat vasitələrinə baxış keçirilib.Şəxsi heyətin hazırlığını yüksək qiymətləndirən general-leytenant Ş. Məmmədov “Formula-1 Azərbaycan Qran Pri” yarışı ilə bağlı qarşıya qoyulmuş tapşırıqların icrasına məsuliyyətlə yanaşılmasının, nəzərdə tutulmuş tədbirlərin vaxtında və tam həcmdə həyata keçirilməsinin vacibliyini vurğulayıb.Bildirilib ki, yarış zamanı xüsusi icazəsi olmayan şəxslərin buraxılmasının və avtomaşınların daxil olmasının, eyni zamanda baş verə biləcək hər hansı bir fövqəladə halın qarşısının alınması ilə əlaqədar müəyyən edilmiş vəzifələr peşəkarlıqla yerinə yetiriləcək.






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi