YALANÇI MOLLALAR məsuliyyətə CƏLB OLUNACAQ - YENİLİK

Yalançı mollalar məsuliyyətə cəlb olunacaq - YENİLİK

"İndən belə yalançı mollalar məsuliyyətə cəlb olunacaq".

AzerTaym.az xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün "Par İNN" oteldə "Azərbaycan Xalq Cümhuriyyəti-100il : dövlət-din münasibətləri" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, məscidlərdə yalnız rəsmi təyinatlı din xadimləri çalışa bilər:

"Azərbaycanda dini etiqadlar haqqında müvafiq qanuna görə məscidlərdə yalnız rəsmi təyinatı və səlahiyyətləri olan şəxslər fəaliyyət göstərə bilər. Bu bütün dinlərdə belədir. Əgər kimsə əhalinin dini inanclarından istifadə edərək, heç bir səlahiyyəti olmadan fəaliyyət göstərirsə, inzibati və cinayət məcəlləsində bu məsələ ilə bağlı müvafiq maddələr qeyd edilib. Biz bu cür şəxsləri aşkarladığımız zaman onlar haqqında aktlar tərtib edirik və qaydalara uyğun şəkildə həmin şəxslər cərimələnirlər".






Fikirlər