İTV-də daha bir departament rəhbəri İŞDƏN ÇIXARILDI

İctimai Televiziya və Radio Yayımları Şirkətində daha bir kadr ixtisarı baş verib.

Bu barədə İTV-dən AzerTaym.az-a daxil olan məlumatda qeyd edilib.

Bildirilib ki,şirkətin Xəbərlər departamentinin rəhbəri Ələsgər Vəliyev vəzifəsindən azad olunub.

Hələlik onun yerinə təyinat olmayıb.

Qeyd edək ki, Balakişi Qasımov İctimai Televiziyaya (İTV) baş direktor təyin olunandan sonra iş prinsiplərinin səmərəliliyin artırılması adıyla təqribən 120 nəfər peşəkar televiziya mütəxəssisi işdən azad edilib.






Fikirlər